Dünən “Kəpəz” doğma divarlar arasında “Sabah” üzərində əzmkar qələbə qazandı. “Sarı-göylər”in futbolçusu Valdemar Almeyda matçla bağlı Globkom.info –ya danışdı:

“Ötən turda “Səbail”ə məğlub olduqdan sonra evdə daha əzmkar çıxış edərək uğurlu nəticə qazanmalıydıq. Bu gün hamı bir nəfər kimi meydanda cəngavər kimi döyüşdü, əziyyətimiz, tərimiz hədər getmədi. Əslində son 3 oyunumuza baxsaz, görərsiz ki, onların hər birində rəqiblərimizə diş göstəririk. Bizim üçün geriyə yol yoxdur. Bütün oyunlarımıza final matçı kimi yanaşırıq. Məqsədimiz hər oyunda döyüşkənlik sərgiləyib, maksimum xal qazanmaqdır”.

 

ABDULLA İSMAYILOĞLU

Globkom.info NƏT ABŞ-ın "Marasının