
"Sabah" ilə çətin sınağımız oldu. Gərgin keçən 90 dəqiqədə dörd qol qeydə alındı. Məncə, meydanda həm yaxşı futbol matçı alındı, həm də azarkeşlər oyundan zövq aldı. Bizim üçün vacib olan o idi ki, Masazır səfərində məğlub olmayaq. Təbii ki, "bayquşlar"la oyunda məqsədimiz qələbəydi. Buna rəğmən məğlubiyyətdə qaçara bir xal qazanmağımızı da uğur hesab edirəm".
Naxçıvanlıların "6 nömrə"si əsas rəqiblərindən olan "Zirə"nin turnir cədvəlində 2-ci pillədə qərarlaşmağındam narahat olmadığını bildirdi: "Zirə" son oyunda da qələbə qazanaraq ikinci yerdə möhkəmləndi. Buna rəğmən bizə onların oyunları və nəticələri yox, öz çıxışımız maraqlıdır. Hələ heç nə bitməyib, qarşıda daha 11 tur var. Hər turdakı oyunlarımız da finala bərabər olacaq. Məqsədimiz avrokubokdur və bu amal uğrunda da sona qədər mübarizə aparacağıq".
ABDULLA İSMAYILOĞLU
Globkom.info