
Bu şəkili parabaş ukraynalı faşistlər durmadan paylaşırlar. Daha dəqiqi - Ukraynanın faşist rejiminin muzdlu trolları, blogerləri tirajlayır.
Cənab Tramp onların narkoman, şizofren “lider”i haqqında müəyyən həqiqətləri səsləndirib - para-para gedirlər, Trampdan it kimi qorxurlar, abstrakt ABŞ-a yüklənirlər.
Odessada yüzlərlə insanı diri-diri yandıran faşist yığınının ABŞ və Trampla münasibəti özlərinin daxili işidir, amma Lenini də araya soxmaları istər-istəməz bizə, yəni zəhmətkeşlərə, sosialistlərə, kommunistlərə də toxunur. Leninin bu faşist yığınının ABŞ-a münasibətinə nə aidiyyatı ola bilər?! Bu Trampın Baydengilə "kommunist", "marksist" deməsinə bənzəyir. Lenin ABŞ-ın "azadlıq" simvolunun paçasının arasına müdaxilə edibmiş - buna görə imiş Trampın Zelenskiyə qarşı verdiyi bəyanatlar?! Nə bilim, başqa nə məna var parabaş faşistlərin "yaradıcılığında"?!
Sağçı-liberal düşərgədə kimin "poxu əyri çıxırsa", öz zibilliklərində eşələnmək əvəzinə sosialist-kommunist düşərgəyə girişirlər. Sanki, sosial ədaləti şərləmək, iblisləşdirmək fürsətlər axtarırlar.
Tramp Zelenski haqda həqiqətləri danışırsa, səbəbi ABŞ-ın maraqlarıdır. Tramp Ukraynadan indiyənə qədər ABŞ-ın Ukraynaya xərclədiyi pulların əvəzini tələb edir. Daha doğrusu rəsmi Kiyevə yatırdığı pulun 2-3 qatını tələb edir ki, bu da xalis kapitalistin xislətidir. Onsuz da Tramp prezident seçilənə qədər həm demokratlar, həm də respublikaçılar bir ağızdan hayqırırdılar:
“Ukraynaya edilən yardım - ABŞ üçün çox mənfəətli investisiya layihəsidir”
Hansısa əbləh bu günə qədər düşünürdüsə ki, ABŞ elə banderaçıların qaşına-gözünə aşıqdir, bu, onun şəxsi cahilliyi, nadanlığıdır. Kapitalist dövlət və kapitalistlər heç anasına mənfəət güdmədən yardım etməz.
Zelenski özündə, danışdıqlarında qüsur axtarmaq əvəzinə muzdlu çaqqal-botları verib qabağa və ABŞ ilə “Ağ Ev”in xozeyni haqqında ağzına gələni danışırlar. Trampın həyatda ən çox nifrət etdiyi xüsus - sosial ədalətdir, sosializmdir; ən çox nifrət etdiyi şəxsiyyətlər isə - Marks, Engels, Lenin və digər kommunist simalardır. İndi Zelenskigil də düşünürlər ki, Trampı bu ucuz üsullarla "düz yola" qaytaracaqlar.
Bu Nurlan Liberdir nədir - tanımırdım. Həbs edilib. “Meydan”-ın onunla bağlı paylaşdığı videoya baxdım. Həbs olunan Azərbaycanın "Şimali Koreyaya" çevrildiyini deyir… Elə bil hamısının beyninə bir mərkəzdən eyni zır-paketi yeridiblər. Azərbaycanın və hansısa digər kapitalist dövlətin Koreya Xalq Demokratik Respublikası ilə nə əlaqəsi var? Müqayisə üçün ölkə lazımdırsa, kapitalist və prezidentli monarxiya olan Türkmənistanla müqayisə et. Həmçinin neobanderaçı-faşist Ukrayna ilə oxşarlığı tapa bilərsən. Niyə məhz heç bir korrupsiyası olmayan, işçi sinfinin dövləti olan KXDR?
Amma və lakin... yenə də onun azad edilməsini arzu edirəm. Bütün tanrılar əl-ələ verib, onun, başqa jurnalistlərin və xsüsusilə də həbs edilən qadınların yolunu açsın…
A.Sultanov
Globkom.info