
Dünən Tramp komandasından bir-birini təkrarlayan 2 vacib bəyanat oldu.
1. Dövət katibi Marko Rubio:
"Düzünü desək, bu nüvə dövlətləri– Ukraynaya kömək edən ABŞ və Rusiya arasında proksi-müharibə idi və o bitməlidir".
2. Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq:
"Trampın fikrincə, nizamlama prosesində Amerika kiminsə tərəfini tutsaydı və hansısa tərəfin qələbəsini istəsəydi, bu ABŞ-ı sonsuz proksi-müharibəyə cəlb edərdi".
1-ci fikir keçmişə aid etirafdır ki, indiyədək Ukraynada Rusiya ilə ABŞ müharibə aparırdı, Ukrayna isə bu müharibədə ABŞ-ın aləti idi.
2-ci fikir isə gələcəyə aiddir: müharibə davam edərsə, bu ABŞ-ın Rusiyaya qarşı proksi-müharibəsi olacaq.
Bunlardan hansı nəticələr çıxartmaq olar:
1. Ukrayna ABŞ-sız Rusiyaya qarşı müharibə apara bilməz. Çünki 2-ci fikrə görə, ABŞ Ukraynanın təkbaşına və ya Aİ-nin köməyi ilə müharibəni davam etdirə bilməsini istisna edir.
2. ABŞ Ukraynaya hərbi yardımı dayandırıb və onu bir daha bərpa etməyəcək. Çünki bu ABŞ-ın Rusiya ilə müharibəni davam etdirməsi demək olar. Rubio isə onu dayandırmaq lazım olduğunu bildirir. Yəni ABŞ müharibədədən çıxdı!
3. Ukrayna Sülh danışıqlarında tərəf olmayacaq. Çünki tərəflər ABŞ və Rusiyadır. Ukrayna müharibənin subyekti yox, obyektidir.
4. ABŞ rəsmiləri liberallarımız üçün heç bir arqument qoymadılar. Nə bilim, "Ukrayna azadlığı uğrunda müharibə aparır", "Ukrayna demokratiyanı müdafiə edir" və sair təbliğat "klişeləri" sındı– Ukrayna, sadəcə, ABŞ-ın əlində Rusiyanı dağıtmaq və ya ən azı, zəiflətmək üçün bir alət idi. Alət istifadə olundu, yararsız hala düşdü və bir kənara atıldı. Yararsız alətin taleyi istifadəçini maraqlandırmaz.
Asif Şəfəqqətov