Cənab Tramp cənab Zelenskiyə "sülhə razı olmayana qədər bura geri dönmə!" dedi...

Azərbaycanın və "bütün dünyanın" rusofob faşistləri artıq qəzəb içindədir və Trampı lənətləyirlər...

Ağzıgöyçəklərin ən böyük qüsuru da elə - faşizmdir, öz cahil-cılız beyinlərindəki "həqiqət”lərdən kənar bir söhbət eşidəndə dəliyə dönürlər  və onların "həqiqətlərindən" kənar bir fikir səsləndirən hər kəsi düşmən görür, məhv etmək istəyirlər. Azərbaycanda fərqli düşünənləri, obyektiv analiz edənləri illərdir "rusbaş", "Putinin adamı", "erməni", "vətən xaini" yarlığı yapışdırırlar. Halbuki, biz həqiqəti, onlar isə yalanı danışırlar, danışmağa da davam edəcəklər.

Onlar öz yalanlarının əsirinə çeviriblər, bütün analizləri yalanlarına əsaslandığı üçün səhvdir.

Onlara illərdir başa salmaq olmadı ki:

- Müharibə başlamaya bilərdi;

- Putin müharibəçi biri deyil, Putin qərbçi-liberal Yeltsinin komandasından çıxma tüccardır, rahat alver tərəfdarıdır, Ukraynadakı, iki qardaş xalqın öz arasında apardığı müharibə ona heç lazım deyildi;

- Putin 2006-cı ildən Qərbə NATO-nun şərqə genişləndirməsindən Rusiyanın ciddi narahatlığını çatdırır, Qərb isə soyuq müharibədə öz fərasətilə qalib gəldiyindən özünü təlqin etmiş, yekaxanalıq edərək Putinin səsləndirdiyi narahatlığı saymadı. Bu gün illər əvvəl buraxılan səhvi Tramp xaricində heç bir Qərb lideri anlamır, anlamaq istəmir.

- Tramp açıq dedi ki, Bayden Ukraynaya yalançı vəd vermişdi, Ukraynanın NATO üzvü olmaq şansı əvvəldən olmayıb, müharibəyə məhz Ukraynanın NATO-ya üzv olmaq istiqamətində əməlləri yol açdı,

- Müharibəyə qapı əlbətdə ki, Zelenskidən qabaq açılmışdı, 2014-cü ildə Kiyevdə Qərbin açıq müdaxiləsilə edilmiş maydan hərəkatı - dövlət çevrilişindən sonra qaplar taybatay açıldı, xalça salındı.  Məhz bu hadisə Ukraynanı  neobanderaçı-faşistlərin əlinə keçirdi, sonrakı hadisələr üçün triqer oldu,

- 2014-dən başlayaraq Ukraynada fərqli düşünən vətəndaşlara qarşı  fiziki və psixoloji terror başladı, Zelenskinin prezidentliyində isə bu terror pik həddə çatdı;

- Zelenski gilin "azadlıq, demokratiya, suverenlik" (sözdə) mübarizəsi onunla nəticələndi ki, Ukraynada qəddar faşist tiraniya hakimiyyətin faktiki istismarı var, Ukraynanın dövlət olaraq varlığı artıq sual altındadır. Niyə? Çünki onların niyyətində nə azadlıq, nə demokratiya, nə də Ukraynanın mövcudluğu var. Niyyətlərində nə olubsa, onu da əldə etdilər: bəzi qüvvələr fantastik şəkildə varlandılar.

Müharibə başlayandan nə yazmışdımsa, o da oldu, olur. Sadəcə müəyyən fərqliliklərdə gözə dəydi. Məsələn, düşünürdüm ki, Zelenski Rusiyanın işğalının qaşrısını ala bilməsə, müharibə uzansa, ukraynalıların itkiləri həddindən çox olduqda narazı xalq ayaqlanaca yəhudi Prezidenti cinsi orqanından asacaqlar. Amma bu olmadı. Hazırda görünən odur ki,  yumorist dövlət başçısı axırdsa Britaniyaya sığınacaq. Ən azından Trampın “Ağ Ev”in xozeyni olduğu müddətdə Ukraynanın I şəxsi ilə kompromis hələlik qeyri-mümkün kimi görünür.

Zelenskiyə dəstək olan, onun qebbelsvari – fahişə narrativlərini təbliğ və təkrar edən azərbaycanlı faşistlər də 2 milyon insanın ölümündə rol oynadı. Ukrayna faşistlərinin əlinə bayraq verməklə Zelenskinin qoltuğunu qarpızlayaraq, onun doğru yolda hərəkət etdiyini, gec-tez rəsmi Kremlə qalib gələcəyini təbliğ etdilər. Müharibənin ilk günündən Azərbaycan faşistlərinə müraciət etdim ki, madam Ukraynanı belə sevirsiniz, ukrofaşistlərin haqlı olduğuna belə inanırsanız, gedin və xoxollarla çiyin-çiyinə ruslara qarşı vuruşun. Heç kim qaşını belə tərpətmədi. Hamısı isti yerdən xalqları hoydu-hoydu verərək ət maşınının ağzına atır. Azərbaycanda Ukraynaya “qardaşlıq”, “hamilik”, “həmrəylik” şüarı səsləndirənlərin  heç biri, heç birinin övladı orada həlak olmadı, olmayacaq da. 35 il əvvəl  20 yanvar öncəsi xalqa yalançı təşviqat, təbliğat aparmaqla qızışdıran, onları tankların altında əzdirən iyrənc, avantürist və ləyaqətsiz  zehniyyət daşıyıcıları və onların züriyyətlərinin hazırkı canfəşanlığı da növbəti qara əməldir. Populizm, yalan, rusafobiya, Qərbsevərlik nə qədər uzaq məsafədən təbliğ olunması və sosial şəbəkələrdən tirajlanmasına baxmayaraq, hər gün günahsızlar qırılmaqdadır...

A.Sultanov

Globkom.info