Uşaq vaxtı, Nabranda pioner düşərgəsində olarkən, xatırlamıram, yəqin  ki, 4-5 sinifdə (məktəbi bitirən ili isə “pioner dəstə rəhbəri” kimi də) gecələr yuxuya gedəndə, oglanlar qızlar üçün, (qızlar da oğlanlar üçün) belə bir şey oxuyurduq:

«Над лагерем ночь опускается, лагерю спать пора, спокойной ночи девочки, до завтрашнего утра»

("Düşərgəyə gecə çökür, düşərgənin yatmaq vaxtıdır, gecəniz xeyrə qızlar, sabah səhər görüşərik"- red.)

İndi isə dünyada gedən prosesləri, baş verən hadisələri izləyərək (dərindən deyil), dünyanın müxtəlif regionlarında münaqişə potensialının artmasını və dünyagörüşləri baxışlarının qlobal qarşıdurmasının gündən-günə güclənməsini, belə risklər və çağırışlar şəraitində keçirilən, ABŞ-da Ağ Evi ələ keçirmək uğrunda prezident seçkilərində iştirak edən namizədlər arasında mübarizənin (əsil hibrid müharibənin) sərtləşməsi və kəskinləşməsini görərək, yuxarıda oxunan sözlərin - «над лагерем ночь опускается» şəkli, ABŞ-da keçirilən, xüsusilə bu seçkilərlə bağlı nəsə məndə qəribə assosiasiyalar yaradır və beynimdə şəkillər çəkilir. Seçkilərlə analogiyada bu şəkillər Tramp ucun heç də xeyirli görünmür.

 «Над Трампом тучи сгущаются, может его судьба. Спокойной ночи Америка, до Америка прощай»

(“Trampın üzərinə buludlar yığılır, bəlkə də bu onun taleyidir. Gecən xeyrə qalsın Amerika, Amerikaya əlvida"- red.)

Əsas məqsəd, nəyin bahasına olursa olsun, Trampın “Ağ Ev”ə gəlməsinə imkan verməməkdir. Burada kilid ifadə, zənnimcə, «nəyin bahasına olursa olsun» ifadəsidir və bu demokratlar üçün mühüm əhəmiyyət kəsb edir və demək olar ki, ölüm-qalım məsələsinə çevrilib.

Heç də demək olmaz ki, Tramp qlobalist deyil, sadəcə baxışlar fərqlidir. Tramp məqsədinə çatmaq üçün butun  vasitələrdən və imkanlardan utanmadan istifadə edən birisidir.

Bu gün demokratlar ultraqlobalizmin icraçıları rolunu öz üzərinə götürüb və bunu heç kimlə bölüşmək istəmirlər. Yuxarıda dediyim kimi, qeyd olunan məqamlar nəzərə alınsa, görərik ki, “Ağ Ev”i ələ keçirmək uğrunda kompromissiz mübarizə gedir.

Seçkilərin nəticəsinin ABŞ cəmiyyətində gərginlik yaratma dərəcəsi kifayət qədər yüksəkdir.

Sual yarana bilər bunun bizə nə dəxli var? Dəxli var və demokratların qalibiyyəti qarşıdan gələn illərdə bütün dünya ölkələrinin həyatına bilavasitə öz mənfi təsirini mütləq göstərəcək və hər bir vətəndaş bunu öz üzərində hiss edəcək və etməkdədir.

PS

22 noyabr 1963 il. ABŞ-ın 35-ci prezidenti Jon Kennedi qətlə yetirildi.

Çox tutqun mənzərədir.

Bu gün bu mümkündürmü?

Yaşayıb görəcəyik.

 

 Vaqif Seyidov