
15 martda Tramp 7 federal agentliyin, o cümlədən USAGM-in (ABŞ-ın Global Media üzrə Agentliyi) ştatlarının minimuma enirilməsi ilə bağlı fərman imzaladı. USAGM-in illik büdcəsi $270 milyon, ştat sayı ~2 min nəfərdir.
"Azadlıq", "Amerikanın səsi", "Azad Avropa" və "Azad Asiya" radiostansiyaları USAGM-in nəzdində fəaliyyət göstərirlər. Onlar həftəlik auditoriyaları ~360 milyon nəfəri əhatə edən 49 dildə yayım həyata keçirirlər.
Bundan başqa, USAGM-in nəzdində liberal analitik mərkəz olan Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəz də fəaliyyət göstərir. Bu mərkəz vasitəsilə "dezinformasiya" ilə mübarizə kampaniyası aparılır, başqa sözlə, sosial şəbəkələrdə senzura tətbiq edilir.
16 martda məlum oldu ki, yuxarıda adlarını qeyd etdiyim radiostansiyalar və Mərkəz tam ləğv edilib.
"Azadlıq" radiosunun baş direktoru Stiven Kapus:
"İranda ayətullahlar, Çində kommunist liderlər, Moskvada və Minskdə avtokratlar 75 illik fəaliyyətdən sonra "Azadlıq" radiosunun bağlanmasını bayram edəcəklər."
"Amerikanın səsi" radiosunun direktoru Maykl Abramoviç:
"83 il ərzində ilk dəfə əfsanəvi "Amerikanın səsi"nin susacağından dərin kədər hissi keçirirəm. Bu gün səhər bildim ki, "Amerikanın səsi"nin, demək olar ki, bütün heyəti – 1,3 mindən çox jurnalist, prodüser və köməkçi heyət inzibati məzuniyyətə göndərilib. Mən də həmçinin."
Nəhayət ki, Soyuq müharibənin ən güclü təbliğat vasitələri ləğv edildi. Faktiki olaraq, Soyuq müharibə bitsə də onun təbliğat maşını indiyədək işləyirdi. Sevinc Osmanqızı da işsiz qaldı. 🙂
Çoxunuz "Azadlıq" radiosunun Azərbaycan redaksiyasından Mirzə Xəzəri yaxşı tanıyırsınız. Onun 20 Yanvarla bağlı yanıqlı səsi çoxumuzun qulaq yaddaşında qalıb. O vaxt biz sadəlövhcəiə inanırdıq ki, Mirzə Xəzər bizə təəssübkeşlik edir. Başa düşmürdük ki, adı "Azadlıq" olsa da bu radio azad deyil, MKİ-nin təbliğat aparatıdır; təbliğat məqsədilə maliyyələdirilən radioda Mirzə Xəzər öz fikrii bildirə bilməz, o, radioya verilmiş təlimat əsasında çıxış edir. "Azadlıq" radiosunun məqsədi isə SSRİ-nin dağıdılmasına yardım göstərmək idi. Mirzə Xəzər də öz "ağalarının" sifarişini canla-başla yerinə yetirirdi.
Qarabağ münaqişəsində "Azadlıq" radiosunun Azərbaycan redaksiyası bizə, erməni redaksiyası ermənilərə təəssübkeşlik göstərirdi. Azərbaycanlılar da, ermənilər də "Azadlıq" radiosuna rəğbət göstərirdilər. Lakin hər tərəf "Azadlıq" radiosu deyəndə öz dilində olan redaksiyanı nəzərdə tuturdu. Əslində isə bu radio iki qonşunu bir-birinə düşmən etmək üçün əlindən gləni edirdi. Məqsəd də yuxarıdakı abzasda yazdığım idi. Yəni bu əslində "Azadlıq" yox, "Şeytan" radiosu idi.
Bu radiostansiyalar ultraqlobalistlərin əsas təbliğat silahları idi. ABŞ-da suverensitlər hakimiyyətə gəldiyindən onları tərksilah etməkdə davam edirlər (bundan əvvəl USAID və NED-i ləğv etmişdilər). Avropa İttifaqında isə ultraqlobalistlər hələ ki hakimiyyətdədirlər. Onlar bu radiostansiyaların bağlanmasını istəmirlər və onların saxlanması üçün vəsait ayırmağı planlaşdırırlar. Əgər vəsait tapsalar, onda radiostansiyaların baş ofisləri Avropaya köçəcək.
Ruslar bu hadisə ilə bağlı aşağıdakı memi hazırlayıblar.
Tramp "Радио Свобода"nı ("Azadlıq" radiosunun rus redaksiyası) ixtisar etdi.
Şəkildə "Радио Свобода" ifadəsindən "Рад Сво" qalıb. Yəni SVO-ya (Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyat) şadam.
Asif Şəfəqqətov