Vladimir İliç Leninin anadan olmasından 155 il keçir. Bolşeviklər Partiyasının və dünyanın ilk sosialist dövlətinin banisi, dahi mütəfəkkir və inqilabçı - yaradıcı kimi o, tarixin gedişatına böyük təsir göstərmişdir. Onun həyatı zəhmətkeşlərin mənafeyi, bərabərliyi və xalqlar dostluğu uğrunda fədakar mübarizə nümunəsidir.

V.İ. Lenin və onun silahdaşları Nəriman Nərimanov, Səməd ağa Agamalıoglu Azərbaycanı  sözün əsl mənasında yırtıcı kapitalizmin caynagından xilas etdilər.  V.İ.Leninin göstərdiyi yol  sayəsində respublikamız qısa müddətdə inkişaf etmiş dövlətə çevrildi.

Onun ideyaları və əməlləri gələcək bütün nailiyyətlərin əsasını qoydu: sənayeləşmə və mədəni inqilab, Sovet xalqının Böyük Vətən Müharibəsində Qələbəsi, insanın kosmosa ilk uçuşu, atom enerjisindən dinc məqsədlər üçün istifadə. Atalarımız, babalarımız bu və digər nailiyyətlərlə haqlı olaraq fəxr edirdilər. Biz də onlarla fəxr edirik.

Lenin siyasətinin uğuru onun dialektik - dogmatik deyil, həm də spekulyativ olmayan - marksizmin möhkəm təməli üzərində qurulması ilə müəyyən edildi. Bolşevizmin banisi kommunist nəzəriyyəsini yaradıcılıqla inkişaf etdirdi. Onun imperializmi təhlili kapitalist deqradasiyasının mahiyyətini ortaya qoydu. Məhz Lenin Rusiyada sosialist inqilabının mümkünlüyünü sübut etdi və onun proletariatla zəhmətkeş kəndli arasında ittifaq ideyaları fəaliyyətin qalibiyyət bələdçisi oldu.

Müasir dünyada Lenin təlimləri daha aktualdır. Digər tərəfdən də onun adı, ideyaları və xatirəsi bütün irticaçıların davamlı hücum obyekti olaraq qalır. Amma abidələrini dağıdanlar, fəaliyyəti ilə baglı saxtakarlıqlar uyduranlar Lenini dünya tarixindən silə bilməzlər. Planet kapitalizmin hökmranlığına qalib gələnə qədər onun adı və əməli məzlumların bayrağı olacaq. Və sonra, təcəssüm olunmuş ədalətin yeni dövrünə qədəm qoyaraq, bəşəriyyət yeni sosialist cəmiyyətinin başlanğıcında dayanan hər kəsin adını müqəddəs şəkildə qoruyacaqdır.

Leninist-stalinist modernləşmənin ideoloji irsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət quruculuğu və sosial-iqtisadi inkişafın sovet təcrübəsi cəmiyyətimizi birləşdirməyin, onu yeni böyük qələbələr üçün səfərbər etməyin fundamental əsasıdır!

Azərbaycan kommunistləri bundan sonra da antikommunizm və  antisovetizm  ilə qətiyyətlə mübarizə aparacaqlar. Leninist həqiqət bayrağı sosializm uğrunda bütün mübarizlər üçün bələdçi ulduz olaraq qalır.

Lenin yaşadı, Lenin yaşayır, Lenin yaşayacaq!

Leninin işi  bütün dünya zəhmətkeşlərinin əsas ümididir!

Ədalət Abdinov

“Kommunist” qəzetinin baş redaktoru