Dünən I Liqanın XX turuna “Cəbrayıl” – “Qaradağ Lökbatan”ı oyunu ilə start verildi. Hər iki komandanın çempionatda qalmaq uğrunda mübarizə apardığından gərgin matç keçsə də, tərəflərin heç biri qol vura bilmədi və görüş qolsuz heç-heçəyə nail oldu. 90 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Tapdıq Əhmədov Globkom.info – a açıqlama verdi.

“Hər iki tərəf üçün vacib matç idi. Bizdə, rəqib də 3 xal götürmək istəyirdi. Oyunda qol olmasa da, gərginliyi ilə keçdi. Düşünürəm ki, ədalətli nəticə qeydə alındı. Amma artıq bu görüşü unudub irəlidəki oyuna fokuslanmalıyıq. Hazırda təhlükəli zonadayıq, bacardıqca daha yuxarı pilləyə qalxmalıyıq. Qarşıda hələ 7 tur var, ona görə indidən hər hansı komandanı autsayder adlandırmaq olmaz. Baş məşqçimiz Təmkin Xəlilzadə istədiyi futbol fəlsəfəsini bizə aşılayıb. Ona görə də hər oyunda oyunun ümidlərini doğrultmağa çalışırıq. Son turlar daha gərgin keçəcək. Odur ki, intriqalar irəlidədir”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info