
Bülənt Ecevit solçudur, ən azından solçu sayılır. Abdullah Öcalan onun hakimiyyətində tutulub, Türkiyəyə gətirildi. Özü də Ecevit ata tərəfdən kürddür.
Mİllətçilik, milli-mənəvi dəyərlər mövzuları ilə gur-gur guruldayan Bahçeli Öcalana indi "lider" deyir. Təbliğatda solçular vətən xainidir, sağçılar isə vətənpərvər.
Həqiqətdə isə sağçılar həmişə cibini, mənfəətini düşünər. Söhbət əlbətdə sağçı siyasətçilərdən, sağçı ziyalılardan gedir, sıravi vətəndaş sağçı siyasətçilərin pafoslu söhbətlərinə inanaraq
saflıq və cahillik edir. PKK haqda da illər əvvəl yazdıqlarımı təkrar edim. SSRİ güclü və hörmətli olanda, Yaxın Şərq bölgəsində də hərəkət edəndə, ona sığınmaq, ondan dəstək almaq üçün özünü kommunist, marksist, solçu göstərən şəxslər və təşkilatlar vardı. SSRİ yox olan kimi hamısı oturdu İsrailin militarizminin, Qərb imperializminin qucağına. Bölgənin kürd millətçiləri və irticaçı aşirət liderləri onsuz da həmişə Qərb imperializminin əlində oyuncaq olub.
Suriyada da YPG demokratik cihatçıların hakimiyyətilə əməkdaşlığa razı oldular, müvafiq sənədlər də imzaladılar. Halbuki onlara 2011-dən Əsədə dəstək vermək lazım idi. Onlar isə "fürsət bu fürsət" deyib, Əsəd hökumətinə qarşı çıxdılar, ABŞ ilə hərəkət etdilər, Sem dayılarla birgə Suriyanın neft sərvətini bölüşdülər. İndi isə əllərində nə var - verirlər cihatçıların hakimiyyətinə. Kürd solu bəzən trotskistləri xatırladır: pafoslu solçu-marksist ritorika, məzmunda isə burjuaya xidmət etmək.Əsədin vaxtında Suriyanın ərazi bütövlüyünü tanımadılar, unitarlıq istəmədilər, indi cihatçıların "bütöv Suriyasını" qənul etdilər.Üstəlik, "Əsəd rejiminin qalıqlarına" qarşı cihatçılarla birgə mübarizə aparmağı öhdəlik götürdülər.
Suriyada üç-beş silahlı Əsəd tərəfdarı var, onları bəhanə edib minlərlə dinc insanı, daha doğrusu ələviləri qətl etdilər. İsrail hər gün Suriyanı bombalayır, onun xeyli ərazi işğal edib, İsrailə qarşı səslərini də çıxarmırlar, amma gedib ələvi qadınları, uşaqları, qocaları qətl edirlər. Siyasi fahişə olan bu “cihatçı”ların arasında postsovet məkandan olan minlərlə adam var. Yalnız 400 nəfər tacik onların sırlarında yer alır və bunu Tacikistan hakimiyyətinin rəsmi statistikasında qeyd olunur. Çox sayda uyğur da var. Onları da bəsləyirlər, bəlkə bir gün Çinə qarşı da istifadə etdilər. Özbək, çeçen, azərbaycanlı, dağıstanlı. Erdoğanın yaratdığı “demokratik” başkəsən psixopatlar ordusunda düz 10 min xarici “cihatçı” var
Cənab Erdoğan da bu gün Əhməd aş Şaraa-Colaniyə dəstək oldu, dedi ki, Əsədin terrorçuları yazıq demokratik hakimiyyətə imkan vermir göz açmağa. Dünən də həmin o demokratik başkəsənlərin lideri Colani açıqlama verdi ki, "Əsəd tərəfdarlarına qarşı əməliyyat sonlandı"...
"Tərəfdar" dediyi də sadə ələvilər - evində oturmuş, silahsız, ictimai proseslərdə aktiv iştirak etməyən qadınlar, qızlar, uşaqlar, qocalar idi. Minlərlə ələvi hazırda dağlarda gizlənirlər...
Suriyanın indiki “xozey”ni 4 il sonrakı seçkiyə hazırlaşır. Ona səs verməyənləri də indidən cəzalandırır.
Budur bunların yaratdığı dünya, yazdığı tarix. Bir vaxtlar terrorçu sayılan Öcalan indi olub "öndər", məsum ələvilər isə terrorçu. Bu ikili standartın, siyasi fahişəliyin kökü də gedir çıxır SSRİ-yə qarşı mübarizə aparan okeanın o tayına - ABŞ imperializminə.
A.Sultanov
Globkom.info