
Suriyada demokratik-cihatçı rejim bütün qeyri-sünni əhaliyə zülm edir, bütün əhaliyə öz şəriətçi məzhəblərinin dünya görüşünü diqtə etməkdədir. Bunun belə olacağını təxmin etmək çətin deyildi, bu barədə dəfələrlə yazmışdım.
Müasir dünyada təbliğatla bütün anlayışların məzmununu dəyişdirib, baş-ayaq ediblər. Liberal-faşistlər özlərini "demokrat" kimi qələmə verir, planetin hər yerində də "avtoritar rejimlərlə mübarizə" bəhanəsilə özləri kimi faşistləri hakimiyyətə gətirmək üçün əllərindən gələni edirlər.
Yaxın Şərqdə, müsəlman coğrafiyasında Qərb liberal-faşistlərinin müttəfiqləri ən irtica qüvvələrdir. Vaxtilə Hitler də SSRİ xalqlarından olan ən irtica qüvvələrlə müttəfiq olmuşdur. Eynisi təkrar edilir, sadəcə Hitlerin əvəzinə "kollektiv Qərb", alman nasizmini yerinə liberallın faşizmi gəlib (Tramp hakimiyyəti bu "kollektivdən" ABŞ-ı çıxarmaq istəyir, ona görə onu öldürmək istədilər, indi də Ukrayna mövzusundakı mövqeyindən istifadə edib sosial mediadakı botlarının əli ilə iblisləşdirirlər).
Aİ Suriyadakı qətliamlarla bağlı mövqeyini açıqladı və Əsəd iqtidarını devirən cihatçılarıi dəstəklədi, xarabalığa çevrilən ölkənin ərazi bütövlüyünə, birliyinə, stabilliyinə tərəfdar çıxdı.... Əla, amma eyni mövqeyi Əsəd hakimiyyəti dövründə nümayiş etdirmiş olsaydılar, bu gün Suriyada vəhşilər nisbətən mədəni insanları qanına qəltan etməzdilər.
Başlıcası - "bütün dünya", həmin o dillərə əzbər, Zelenskiyə xalqı uğrunda mübarizə aparan mücahid, Əsədə isə diktator deyib. İllərdir Suriyanın legitim dövlət başçısını yıxmaq istəyirdi. Özü də Əsədi devirməkdə onun Rusiya ilə müttəfiq olması, rəsmi Kremlin Yaxın Şərqdəki mövqeyini zəiflətmək marağını güdənlər də çox idi.
İndi bu axıdılan qanlar üçün kim məsuliyyəti daşıyacaq?
“Demokratik” cihatçılar ən çox qadınları öldürürlər. Əsəd rejimində sərbəst geyinən, gəzən, dolaşan zərif cins nümayəndələri cihadçıların “demokratiya”sını qəbul edən deyildi, kişinin malı-mülkü olmaq alışqanlığını yaddan çıxarmışdılar.
Bu cihatçılar neçə vaxtdır hakimiyyətdədilər, dövlət əllərində, hər tərəfi qazdılar, amma kütlənin beyninə atılan o milyonlarla "Əsəd rejiminin qurbanı" tapılmadı. Çünki yoxdur. Heç nəyin tapılamyacağını, yazmışdım da... Yox, münəccim deyiləm, tarixi, tarixi faktları bilirəm, onlara da əsaslanaraq analiz edirəm. Yaxşı bilirəm ki, illərdir Rusiyada Stalin repressiyasının milyonlarla qurbanlarının sümüklərini axtardılar, hər tərəfi qazdılar, heç nə də çıxmadı. Çünki əfsanədir. Stalin dövrünün repressiyalarında hamını legitim səlahiyyətli orqanın qərarı ilə cəzalandırıblar, edam edilənlərin hamısının işi var, işdə də güllələnmənin aktı, protokolu, cəsədin basdırıldığı yer haqda sənəd mövcuddur. SSRİ hüquq dövləti idi, bu gün badımcan dövlətində yaşayanlar Sovet İttifaqını öz gördükləri reallıq üzərindən təsəvvür edirlər.
Əsəd də təbliğ edildiyi kimi, milyonlarla, yüz minlərlə adam öldürməyib. Ölkədə Erdoğann və "bütün dünyanın" dəstəyilə illərdir vətəndaş müharibəsi gedib, hər iki tərəfdən ölənlər olub. Bəli, Əsəd türmələrində çürüyənlər, çürüdülənlər olub, amma onların hamısı həmin bu demokratik cihatçılar olub. Kaş Əsəd onlara qarşı daha qəddar olardı. Onlara mərhəmət etməyin mənası yoxdur, onların əlinə imkan düşsə, heç kimə mərhəmət etməzlər, etmirlər də.
Hazırda Suriyada Orta Asiyadan gəlmiş “şəriətçi”lər at ilxısı, köpək sürüsü qədərdir. Dünyanın hər tərəfindən bu “demokratik” başkəsənləri yığdıldılar, əvvəlcə İŞİD yaratdılar. Tədricən “islamçı”ları qırıb, azaltsalar da, tamamilə məhv edilmədi. Çünki imperialistlərə belə qüvvələr həmişə lazım olur. Ona görə də Suriyada İŞİD”çilərin tamamilə məhv edilməsinə həm ABŞ, həm də onun müttəfiqləri imkan vermədi. Həmin “islamçı”rın qalıqlarını yenidən silahlandıraraq əvvəlcə Əsədi devirdilər, indi də xalqa zülm etdirirlər. Kənar baxanlar da elə bilir ki, Suriya xalqı əvvəldən belə radikallarla dolu imiş. Reallıqda isə hazırda iqtidarda olanlar və insanları döyən, aşağılayanlar Suriya xalqı deyil, muzdlu başkəsəndilər.
Suriyada kostyum geyindirdiyi adamları məzlumların qanını axıdar, Erdoğan da eyni saatlarda haradasa iftarda şeir deyər, mərhəmətdən, humanizmdən danışar, hətta göz yaşı da axıdar... Kapitalist cəmiyyətdə uğurlu siyasətçilə çox istedadlı aktyorlardan çıxır. Düzdür, Erdoğan Zelenski kimi peşəkar aktyor deyil. Amma islamın din xadimləri anadan gəlmə aktyorluq məharətlərinə sahibdirlər. Elə bu yaxınlarda cənnətə yollanmış Fəthullah Gülen “hoca”nın artistliyi də nümunəvi bir tarix idi.
A.Sultanov
Globkom.info