Azərbaycan Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan” doğma divarlar arasında “Qarabağ” a məğlub oldu. Muxtar Respublika təmsilçisinin müdafiəçisi Slavik Alxasov həm oyun, həm performansı, həm də yetirməsi olduğu “Qəbələ”nin I Liqadakı çıxışıyla bağlı Globkom.info – a danışdı.

"Qarabağ"la oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz xal götürmək idi, təəssüf ki, istədiyimizi həyata keçirə bilmədik. Səhvlərimizdən dolayı qapımızda qollar gördük. Qırmızı vərəqədən sonra isə işimiz lap çətinləşdi. Amma artıq "köhlən atlar"la oyunu unudub irəli baxmaləyıq. Qarşıda 10 Premyer Liqa, 2 kubok matçlarımız var. Ümumilikdə 12 oyunun hər biri ciddi hazırlaşıb, maksimum nəticə qazanmağa fokuslanmışıq".

Futbolçu Kubokun yarımfinal mərhələsində  "Qarabağ"la qarşılaşmalar barədə də söz açdı:

"Avrokuboklara ən qısa yol kubokdan keçir.Ona görə də həm kubokda, həm Premyer Liqada maksimum nəticə göstərmək istəyirik. Təbii ki, rəqibimizin gücü, səviyyəsi hamıya bəllidir. Buna baxmayaraq onlara qarşı sona qədər döyüşüb sevinən tərəf olmaq istəyirik. Məqsədimiz fnala çıxmaqdır".

ABDULLA İSMAYILOĞLU

Globkom.info