I Liqanın başa çatan XVIII turunda “İmişli” “Baku Sportinq” səfərində ciddi müqavimətə rast gəldi. Hesabı bölgə təmsilçisinin açmasına, sonra da üstün tərəf olmasına baxmayaraq meydan sahibləri hər dəfə “status-kvo”nu bərpa etməyə nail oldular və qarşılaşma 2:2 hesablı sülhlə başa çatdı. İmişlilərin hər iki qolunun müəllifi Seyxan Fərəcov gərgin 90 dəqiqəylə bağlı Globkom.info – a danışdı.

“Çətin görüş olacağını bilirdik. Həm 2-ci pilləyə yüksəlmək, həm də bizi izləyən “Baku Sportinq” 6 xallıq fərqimizi daha da artırmaq istəyirdik. Buzovla təmsiçisiylə oyuna itkilərlə çıxmışdıq, buna rəğmən matça yaxşı qoşulduq. Hesabı biz açdıq, sonra rəqib bərabərlik qolunu vurdu. İkinci yarıda daha bir qol vurub qələbəyə doğru gedirdik. Sadəcə oyuna əlavə olunan dəqiqələrdə gözlənizmə və arzuolunmaz qol buraxdıq. Təbii ki, qələbə qazanmaq istəyirdik, amma alınmadı. Ruhdan düşəməyib, irəli baxmalıyıq”.

Futbolçu matçda dubl etməsi və qarşıdakı hədəflərdən də danışdı.

“Məqsədim hər oyunda qol vurub komandamaya fayda verməkdir. Amma ümumi götürəndə fərqi yoxdur qolu mən vurdum ya başqası, əsas olan  “İmişli”nin uğurudur. Məqsədimiz ən azı vitse-çempion kimi elitaya vəsiqəni təmin etməkdir. Qarşıdan III dövrə gəlir, düşünürəm bu mərhələ bütün komandalar üçün ölüm-dirim mübarizəsi olacaq. Komandamızın uğuru üçün sona qədər inadla vuruşacağıq”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info