Azərbaycan Premyer Liqasının XX turunun açılışı oyunu "Səbail" - "Turan Tovuz" cütü ilə start götürdü. Görüş qolsuz heç-heçəylə başa çatdı. Matçla bağlı qonaqların qapıçısı Sergey Samok Globkom.info - a fikirlərini  bildirdi.

- 90 dəqiqəylə bağlı fikirlərin maraqlıdır...

- Bu gün məyus edici oyun və nəticə alındı. Vacib iki xal itirdik. Deyəcək nəsə yoxdur...

- Ötən tur doğma meydanda "Qarabağ"a məğlub olduz, bu gün isə autsayderə üstün gələ bilmədiz. Uğursuzluqların səbəbi nədir?

- Son vaxtlar bəxtimiz gətirmir, artıq 5 oyundur qələbə qazana bilmirik. Baxmayaraq ki,  3 xal götürməyi çox istəyirik.

- Komanda olaraq psixoloji tənəzzüldə deyilsiz?

- Psixoloji gərginlikdə olduğumuzu düşünmürəm. Sadəcə uğursuz nəticələrə görə məyusuq. Amma bunu aradan qaldırmağa çalışacağıq...

- Hakimin final fitindən sonra tovuzlu azarkeşlər sizi kəskin tənqid atəşinə tutdu bu barədə nə deyərdin?

- Bizim kimi onlar da nəticələrimizdən narazıdırlar. Azarkeşlərimizi etirazını da anlayıram, əziyyət çəkib bütün matçlarımıza gəlirlər, dəstəyini əsirgəmirlər və qələbə gözləyirlər. İstənilən halda fanatlatımıza təşəkkür edirəm. Bunda sonrakı  oyunlarımızda da bizi tək qoymamalarını xahiş edirəm. Güclü "12-ci oyunçu" dəstəyinə ehtiyacımız var.

- Bəzi fanatlar ilə komanda yoldaşın Veysəl Rzayev arasında insident yaşandı. Bu barədə nə deyərdin?

- Həmin vaxt orda olmamışam, ona görə nəsə deyə bilmərəm

ABDULLA İSMAYILOĞLU

Globkom.info