Azərbaycan Premyer Liqasının XXIV turunda baş tutan “Neftçi” – “Sumqayıt” meydan sahibləri qalib gəldi. Bununla da sumqayıtlıların ardıcıl üçüncü məğlubiyyətlərini aldılar. “Kimyaçılar”ın futbolçusu Səbahi Abdullazadə Globkom.info – a danışdı.

- “Neftçi” ilə oyunda ən azı 1 xal götürmək üçün nə çatmadı?

- Hava şəraiti hər iki komanda üçün meydanda yaxşı futbol sərgiləməyə mane oldu. Belə kəskin hava şəraitində əsasən mübarizəli oyun ön plana keçir və matçın taleyini bir qol həll edir. Təəssüf ki, bir qolu da rəqib vurdu.

- Səncə, son dəqiqələrdə qapınıza təyin olunan penalti ədalətliydimi?

- Epizoda sonrada baxanda gördük ki, penalti vardı. Ona görə də hakimi qınamağımız düzgün olmaz.

- Qələbə qazana bilməməklə yanaşı 8 oyundur ki, qol vura bilmirsiz. Bunun səbəbi nədir?

- Düşünürəm ki, hücumda planında qərar vermədə çətinlik çəkirik. Ya gecikir, ya da tələsirik. Ardıcıl matçlarda da qol vura bilməyəndə futbolçular arasında özgüvən aşağı düşür. Buna rəğmən pessimizmə qapılmırıq. Düşünürəm ki, çatışmazlığa son qoyacağıq. İnanıram ki, qarşıdan gələn kubok oyununda qara zolaqdan çıxacağıq.

- Səncə, komandanın toparlanması çətin olmayacaq?

- Hər bir komandada enişli, yoxuşlu yollardan keçir. Biz də istisna deyilir. Odur ki, hər şey öz əlimizdədir və kollektiv birliyimiz sayəsində bu xoşagəlməz vəziyyətdən çıxacağıq.

ABDULLA İSMAYILOĞLU

Globkom.info