Azərbaycan Premyer Liqasının başa çatan XXIII turunda “Səbail” doğma divarlar arasında “Sabah”la sülhə razılaşdır. Həmin oyunla bağlı “Dənizçilər”in futbolçusu Suleyman Alluş Globkom.info – a danışdı:

“Sabah”la maraqlı və çətin oyunumuz alındı. Rəqib çempionatın ən yaxşı komandalarından biridir. Ötən turda “Qarabağ”a böyük hesabla məğlub olmuşduq. Baxmayaraq ki, həmin qarşılaşmanın ilk 60 dəqiqəsini pis keçirməmişdik. Ona görə də “Sabah”la matçda qələbə qazanmaq istəyirdik ki, alınmadı. Buna rəğmən məğlub olmayıb da, bir 1 xal qazandıq. Heyətimizdə yeni oyunnçular var, onlar tam uyğunlaşma prosesini keçməyiblər. Buna rəğmən həmin futbolçuların qarşıda daha yaxşı çıxış edəcəyinə və nəticələrimizin tərəqqisinə tövhə verəcəklərinə inanıram. Qarşıdakı oyunlarımızda daha ehtiyatlı və istəkli olacağıq”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info