I Liqada yola saldığımız XVI turda “Qaradağ Lökbatan” doğma divarlar arasında məğlub olaraq turnir cədvəlində sonuncu pilləyə yuvarlandı. Bununlada qəsəbə təmsilçisinin ardıcıl yenilgisi 3 oyuna çatdı. Lökbatanlıların Cənubi Azərbaycanlı futbolçusu Şahin Balejai komandasının uğursuz çıxışıyla bağlı Globkom.info – a danışdı

- Son turda “İmişli”yə məğlub olduz. Uğurlu nəticə üçün nə çatmadı?

- Bölgə təmsilçisiylə oyunda pis oynmadıq. Matça baxsaz, görərsiz ki, topa nəzarət 70 faiz bizdəydi, qol imkanlarına görə rəqibi üstələyirdik. Sadəcə əlimizə düşən fürsətlərdən maksimum yararlana bilmirik.

- Hücumda son nöqtəni qoya bilməməyinizin səbəbi nədir?

- Bunun üzərində məşqlərdə çox işləyirik, qarşılaşmalarda da hücum futbolu sərgiləyirik. Sadəcə bəxtimiz gətirmir. Amma biz ümidimizi itirmirik. Bir qələbə toparlanmağımıza və tərəqqiyə getməyimizə səbəb olacaq. Çox yaxşı məşqçimiz var, səhvlərimizi, nöqsanlarımızı bizə bildirəcək. Amit Quluzadə I Liqanın çox savadlı, bacarıqlı məşqçilərdəndir. Problem baş məşqçidə yox, futbolçulardadır. Odur ki, çatışmazlığımız üzərində çalışacağıq.

- Ardıcıl 3 turdu məğlub olursuz. “İmişli”yə yenilgidən sonra turnir cədvəlinin zirzəmisinə yuvarlandız. Bu hal sən daxil futbolçularda özünəinamı sarsıtmayacaq

Ardıcıl məğlubiyyətlər istənilən komandaya pis təsir edir, futbolçulara stress yaşadır. Buna rəğmən təslim olmayacağıq. Bizim mehriban kollektivimiz və yaxşı baş məşqçimiz var, birlikdə düşdüyümüz vəziyyətdən çıxacağımıza inamımız sonsuzdur.

- Qarşıdakı oyunlarda qələbə əzmiylə çıxacağınıza və uğur qazanacağınızı düşünürsənmi?

- Əlbəttə. Zatən çempionatın ikinci yarısına baxın, ən çox hücum edən və xoşbəxtliyi rəqibin qapısı ağzında keçirməklə məşğuluq. “İmişli” daxil keçirdiyimizi son 4 oyuna baxın, hər birində maksimum çox qol vurmaq və xal götürməyə səy edirik. İmişlilərlə matçdan başqa yerdə qalan hər bir oyunda, hətta məğlub olduğumuz görüşdə də qollar vurmuşuq. Odur ki, növbəti oyunda daha əzmkar “Qaradağ Lökbatan” görəcəksiz.

ABDULLA İSMAYILOĞLU

Globkom.info