
Azərbaycanın axşam xəbərində Goranboyda məktəbli qızın qaçırılmasından danışdılar. Rayunun ən proqressiv sakinlərini danışdırdılar, bir kişi dedi ki: "yaxşı iş görməyib, mənim də övladım var, istəməzdim başına gəlsin, 18 yaşına çatmamış qızları qaçırmaq olmaz"...
Rusiyətin axşam xəbərinə baxdım. Kursk vilayətinin Suca şəhərindən reportaj verdilər, Suca Ukrayna ordusundan tamamilə təmizlənib. Rusiyanın mərkəzi dövlət televiziyasında jurnalist dedi ki, Suca- türk sözüdür, yaş yer deməkdir. Gördüyünüz kimi, Rusiyada hələ Stalin dövründən "türk" sözünə görə adamı dərhal “güllələyirlər".
Suca demişkən, dünən Putin əminliklə vurğuladı ki, orada çox sayda ukraynalı hərbçi mühasirədədirlər, ya təslim olmalıdılar, ya da həlak olacaqlar. Bu gün Tramp da mühasirəyə düşmüş ukraynalı hərbçilərdən danışaraq, Putini mərhəmət göstərməyə çağırdı. Rusiyanın ağası da cavabında “təslim olsunlar!” deyə bildirdi.
Qərb imperializmi, CİA və Mi6 başda olmaqla postsovet məkanda millətçi-faşist ideologiayalara dəstək və sponsor oldu, bütün xalqları bir-birinə qarşı və xüsusilə bütün xalqları da rus xalqına qarşı qoydu. Bu gün iki qardaş xalqın bir-birini qırması böyük faciədir.
Hər şey postsovet məkanda, elə bütün dünyada yaşanan faciələr Qorbaçovun vətən xainliyilə başladı. İrtica, millətçilik, faşizm, nifrət, heyvani rəqabət, hər cür mənəviyyatsızılıq dünyada “çiçəkləndi".
Hə, bir də dünəndən Azərbaycanın “ekspert”ləri Putinin hərbi geyimdə generallar ilə iclas keçirməyini müzakirə edərək belə bir məntiqi nəticəyə gəlidilər ki, Putin sülh istəmir, mesaj verir ki, "mən hərbi formamı hələ təzə geyinmişəm". Putin dəfələrlə hərbi geyimdə olub. Adam Ali Baş Komandandır. Ukraynada ABŞ-NATO ilə hibrid müharibə başlayandan 4-cü dəfə idi hərbi paltarda generallarla iclas keçirdi. İşğaldan azad edilmiş ərazilərə görə Kursk vilayətində hərbi komandanlıqla iclas keçirməyə hamam xalatı ilə gələsi deyildi ki…
Putin heç bir mesaj vermir, o, dediyini açıq bəyan edir. Sülhün şərtlərini də müharibə başlamamşdan qabaq dəfələrlə vurğulayıb. Hətta 2014-cü ildə də bu şərtləri bildirmişdi. Bu gün Ukrayna ordusu hücumda və cəbhə boyu üstün vəziyyətdə olsaydı, Qərbdən yaxud Kiyevdən sülh istəyərdilər?! Qətiyyən. Heç indi də istəmirlər. Əslində öz ağılları ilə oyun oynayırlar.
Azərbaycanın “ekspert”ləri isə efirlərdə öz səviyyəsizliklərilə rusafobluq etməkdədirlər….
A.Sultanov
Globkom.info