
Azərbaycan Premyer Liqasının XXV turunda “Sabah” doğma meydanda “Araz-Naxçıvan” ilə 2:2 hesablı bərabərliyə qaldı. Oyunla bağlı Masazır təmsilçisinin ispaniyalı müdafiəçisi Con İrrasabal Globkom.info – a danışdı.
“Futbol adına yaxşı, gərgin matç alındı. “Araz-Naxçıvan” bizə qarşı çox aqressiv və istəkli mübarizə apardı. Buna rəğmən bizdə rəqibə qarşı döyüşdük. Təbii ki, heç-heçəni ədalətli nəticə hesab etmirik. Biz hər oyunda daha yaxşı çıxış edib, xallarımızın sayını artırmaq və avrokubok zonasından uzaqlaşmaq istəmirik. Bu gün yaxşı mübarizə aparsaq da, tabloda istədiyimiz hesabı görə bilmədik. Vacib 2 xal itirdik”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info