Dünən I Liqada XX turun oyunlarına start verildi. Turun bol qollu qarşılaşmalarından biri Mingəçevirdə baş tutdu. Burda “Mingəçevir” – “Zaqatala”nı qəbul edirdi. 4 qolun qeydə alındığı qarşıdurmada tərəflər sülhə razı oldular. 90 dəqiqə sonra zaqatalalıran baş məşqçisi Rüstəm Məmmədov matçla bağlı Globkom.info – a danışdı.

“Mingəçevir” qış fasiləsindən sonra yaxşı oyun sərgiləyən komandalardandır. Ona görə də bizim üçün çətin səfər qarşıdurması olacağını bilirdik. Mingəçevirə gün çıxmamışdan yola düşdük və bu oyunumuza da təsirsiz ötüşmədi. İlk yarıda meydanda istədiyimiz kimi çıxış edə bilmədik. Rəqib bizə güclü təzyiq göstərdi və hesabı açdı. Fasiləyə məğlub ayrıldıq. Amma iknici yarıda toparlandıq, xarakter göstərdik. İki dəfə hesaba tarazlıq gətirdik. Yaxşı döyüşsək də, iki xal itirdik. Buna baxmayaraq güclü “Mingəçevir” səfərindən bir xalla dönməyi də uğur hesab edirəm. Düşünürəm ki, 2:2 hesablı nəticə ədalətlidir”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info