I Liqanın XXII turunda “Zaqatala” Şamaxıda büdrədi. Zaqatalalılar gözlənilmədən autsayderlərdən olan “Difai Ağsu”a uduzdu. Görüşlə bağlı bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov Globkom.info – a danışdı.

“Şamaxıya gələnə qədər müəyyən məsafə qət etdiyimizdən matça yorğun çıxdıq. Bunun da nəticəsində ilk yarıda istədiyimiz oyunumuz alınmadı. Rəqib isə maksimum təzyiq etdi. “Difai Ağsu”nun qələbəsinə kölgə salmaq istəmirəm, amma qapımıza vurulan qol bizim üçün mübahisəli məqam kimi qiymətləndirildi. Dəfələrlə epizoda baxdıq, həmin anda ofsayt vardı. Yəgin ki, hakimlər komitəsi də qol vəziyyəti analiz edəcəklər. Fasilədən sonra toparlanıb, qol şansları yaxalasaq da, son nöqtəni qoya bilmədik. Burda rəqib qapıçının gözəl seyvlərini də qeyd edərdim. Ümumilikdə götürsək, bu mövsüm Ağsu təmsilçisi bizim üçün keçilməz sədd olub. Onlarla əvvəlki oyunlarımızda da qələbəyə həsrət qalmışdıq”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info