Donbass müharibəsi!
Ukrayna prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalamasından imtina etməsi ilə Ukraynada bu günə qədər davam edən qanlı faciələrin əsası qoyuldu.
21 noyabr 2013-cü ildə başlanan "Avromaydan"  üsyanı  getdikcə faciəvi hal alırdı. 
21 fevral 2014-cü ildə Viktor Yanukoviç Rusiya, Fransa, Polşa və Almaniya nümayəndələrinin iştrakı ilə etirazçılarla görüş keçirdi. Görüşün mahiyyəti hadisələri dinc məcraya gətirmək idi. Viktor Yanukoviç növbədənkənar prezident seçkilərinin keçirilməsinə razılaşdı. Lakin 1 gün keçmədən "Avromaydan" millətçiləri parlament, prezident administrasiyasını və hökümət binasını zəbt etdilər. Bununla da Ukraynada xalqın iradəsinin əksinə olaraq "Dövlət Çevrilişi" baş verdi. 
Rusiyaya qaçan prezident Yanukoviçin səlahiyyətlərini Ali Rada sədri Aleksandr Turçinov,  hökümətə rəhbərliyi isə Arseniy Yeçenyuk həyata keçirməyə başladı.
Dövlət çevrilişindən 1 gün sonra, Ali Rada  "Dövlət dili siyasətinin əsasları haqqında" 2012-ci ildə qəbul olunmuş qanunu ləğv etdi. Bu qanuna görə rusdilli vilayətlərdə rus dili Ukrayna dili ilə eyni statusa malik idi. 
İlk baxışdan adi bir dəyişiklik kimi görünsə də, bu qanunun ləğvi 10 molyondan çox Ukrayna ruslarının həyatını alt-üst etməyə planlaşdırılmışdı. Donetsk,  Luqansk,  Krım, Zaparoje,  Dnepropetrovsk,  Nikolayev, Xarkov, Odessa  vs vilayətlərdə yaşayan, Ukrayna dilini bilməyən rusların dövlət işlərində çalışması, bütün sahələrdə fəaliyyəti sual altına düşürdü. Kiyevdə və qərbi Ukraynada rusca danışanlar ağır təqib olunmağa başladı. 
Şərqi və cənubi Ukraynada "Avromaydan" millətçilərinə qarşı ilk etirazların səbəbi rus dilinin regional statusunun bərpası idi. Hakimiyyətə gələn millətçilər Ukraynanın şərqində yaşayan əhalisin istəklərini nəzərə almaqdansa daha sərt şəkildə etirazçıları cəzalandırmağa başladı.
Ukraynada istənilən formada Rusiya təbliğatı qadağan edildi.
Rusiyaya aid KİV-lər, filmlər, tele verlişlər, sosial şəbəkələr,  saytlar vs qadağaya məruz qaldı. Hətta rus aktyorları və müğənniləri gəlib Ukraynada konsert verə bilməzdi. Dekommunizasiya siyasəti nəticəsində 900 yaşayış məntəqəsi, 50 min SSRİ-ə məxsus qəhrəmanların, görkəmli şəxslərin  adlarını daşıyan küçə  adları dəyişdirildi. Meydanların və başqa obyektlərin adı dəyişdirildi, 2500 heykəl, tarixi abidə vəhşicəsinə sökülərək məhv edildi. 2017-ci il  islahatlarına görə təhsildə rus dili qadağan edildi. 2019-cu ildə dövlət və ictimai həyatın bütün sahələrini Ukrayna dilinə tərcümə etməyi ehtiva edən  "Total ukraynalizasiya" haqqında qanun qəbul edildi.  2021-ci ildə digər milli azlıqların nümayəndələri (Krım tatarları istisna olmaqla) kimi rusları da dövlətin hüquqi müdafiəsindən məhrum edən "yerli xalqlar haqqında qanun" imzalandı. 
Eyni zamanda nasist liderlərin təbliğatı genişləndi.
İkinci dünya müharibəsi zamanı SSRİ-yə qarşı döyüşmüş "Ukrayna azadlıq ordusu" (Rusiyada terrorçu təşkilatlar siyahısına daxildir) "Azadlıq döyüşçüləri" kimi tanındı, onlara veteran statusu verildi. Nasist Almaniyası ilə əməkdaşlıq edən millətçi liderlərin doğum tarixləri dövlət tv-lərində rəsmi sürətdə təntənəli şəkildə qeyd edildi, nasistlərin adına küçələr, meydanlar verildi. 9 May qələbə günü, Georgievski lenti qadağan edildi.
6 aprel 2014-cü il Ukraynanın şərqində etirazlar alovlandı, etirazçılar Donetsk,  Luqansk və Xarkovda dövlət binalarını ələ keçirtdilər.
7 aprel 2014-cü il prezident Turçinov Donetsk,  Luqansk,  Xarkov etirazçılarını separatçı adlandıraraq, onlara qarşı antiterror əməliyyatlarının keçirilməli olduğunu bildirdi. 
13 aprel Turçinov "Ukrayna Təhlükəsizlik Şurası"nın Ukraynanın Şərqində genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərarını elan etdi. 
Yanukoviç "Avromaydan"çılara polisin atəş açmasına icazə vermədi, lakin Qərbin kuklası olan Turçinov öz əhalisinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa göstəriş verdi.
7 apreldə Donetsk Xalq Şurası, suveren  Donetsk Xalq Respublikasının müstəqilliyini elan etdi, aprelin 27-də Luqansk Xalq Respublikası özünün müstəqilliyini elan etdi.
11 may 2014-cü ildə yeni yaranan respublikaların statusunu müəyyən etmək üçün referendum keçirildi. 
Donetsk vilayətində seçicilərin 89,7% - i, Luqansk vilayətində isə 96,2% - i respublikaların öz müqəddəratını təyin etməsinə səs verdi. Mayın 12-də Xalq Respublikalarının dövlət suverenliyi elan edildi və 14 və 18 may tarixlərində DXR və LXR-in konstitusiyaları qəbul edildi.
7 İyun 2014-cü ildə Petr Poroşenkonun prezdent seçilməsi ilə Donbass əməliyyatları daha da ağır fazaya keçdi. Artıq Ukrayna Silahlı Qüvvələri etirazçılara qarşı ağır texnikadan, aviasiyadan istifadə etməyə başladı. Dövlətin ordusu ilə yanaşı müxtəlif ukraynalı oliqarxların maliyyələşdirdiyi  millətçi "Azov batalyonu" da əməliyyatlarda xüsusi qəddarlığı ilə seçilirdi.
27 yanvar 2015-ci il Ali Rad DXR və LXR-nı terrorçu orqanizasiyalar elan etdi.
18 aprel 2018-ci ildə Ali Radanın qərarına əsasən nəzarətdə olmayan şərqi Ukrayna ərazisi "Müvəqqəti işğal olunmuş ərazilər", Rusiya Federasiyası isə "Aqressor dövlət" kimi tanındı. Bu qanuna görə prezident ölkə daxilində silahlı qüvvələrə Ali Radanın icazəsi olmadan döyüş əmri verə bilərdi.
2014-cü ilin dekabr ayından Poroşenkonun əmri ilə Donetsk və Luqansk Xalq Respublikalarının əhalisi maaş, təqaüd, yardımlardan məhrum edildi. Bank hesablarındakı vəsaitlər donduruldu. Yeni respublikalara gələn ərzağın qabağı alındı, su boruları partladıldı, elektrik enerjisi kəsildi. Millətçi hökümət öz əhalisini yaşamaq üçün bütün imkanlardan məhrum etdi.


2014-2022-ci illərdə baş vermiş qarşıdurmalarda BMT-nin hesablamalarına görə 14 min hərbiçi, 3,5 min mülki insan həlak olub. 30 mindən çox insan yaralanıb.
2014-cü il iyulun 17-də Malaziya hava yollarına məxsus Boing 77 təyyarəsi Donetskin şimalında vuruldu. Təyyarədə olan 298 nəfərin hamı həlak oldu. Ukrayna Donetsk üsyançılarını günahlandırsa da, o zaman üsyançıların əlində yerdən  10 km yuxarıda uçan hədəfi vuran silahlar yox idi.  Qərb ölkələri hətta günahı Rusiyanın üzərinə yıxmağa  çalışırdılar. 
Rusiya  Donetsk və Luqansk Xalq Respublikalarının,   xüsusi status verilməklə Ukraynanın tərkibində qalmağının  tərəfdarı idi. Orada yaşayan əhalinin milliətcə etnik rus olduğunu nəzərə alsaq  aşkar və gizli formada Rusiya 8 il ərzində bu respublikalara dəstək olub.
15 noyabr 2021-ci ildə RF prezidenti Vladimir Putin DXR və LXR-ə humanitar dəstək üçün fərman imzaladı.
ATƏT, Rusiya, Almaniya və Fransanın vasitəçiliyi ilə tərəflər 2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında sülh nizamlanması və atəşkəs planının (Minsk razılaşmaları) razılaşdırılması barədə razılığa gəldilər. Razılaşmaların əsası Ukraynada islahatların keçirilməsi  və  Donbasın xüsusi statusu haqqında qanunun qəbul edilməsi tələbi idi.
Bu şərtlərə birmənalı olaraq prezident Poroşenkonun dövründə əməl olunmadı, ondan sonrakı prezident Volodimir Zelenski də Minsk razılaşmalarından imtina etdi.
Daha sonra, 2022-ci ildə Almaniyanın keçmiş kansleri Angela Merkel "Die Zeit" qəzetinə verdiyi müsahibədə, "Minsk razılaşmaları"nın  yalnız "Ukraynaya Rusiya ilə böyük hərbi qarşıdurmaya hazırlaşmaq üçün vaxt qazandırmaq " məqsədi ilə imzalandığını söylədi.
Almaniya rəhbərinin sözlərini Fransanın eks prezidenti Fransua Olland, İngiltərənin baş naziri da Baris Conson da təstiq etdi.
Petr Poroşenko, 2023-cü ilin yanvarında Britaniyanın BBC nəşrinə verdiyi müsahibədə, "Minsk razılaşmaları"nın Ukrayna Silahlı Qüvvələrinin islahatına və Rusiyaya qarşı beynəlxalq koalisiya yaratmağa imkan verdiyini söylədi.
2021-ci ilin payızında Donbasda vəziyyət gərginləşdi. DXR və LXR nümayəndələri mütəmadi olaraq bütün təmas xətti boyunca atəşə məruz qaldıqlarını bildirirdilər. ABŞ və Avropa  Minsk razılaşmasından sonra vəziyyəti nisbətən sakitləşdirib, Ukraynaya görünməmiş həcmdə hərbi yardım, o cümlədən ölümcül silahlar verirdi. Ukraynanın Donbassda genişmiqyaslı əməliyyatlara başlamasından Rusiya kəşfiyyatı da məlumatlı idi. Vladimir Putin ona Leninqrad küçələrinin öyrətdiyi " Если война неизбежна бей первым " fikrini həyata keçirtmək qərarına gəldi.
15 fevral 2022-ci ildə münaqişənin artması fonunda Rusiya Federasiyası Dövlət Duması, Kommunist Partiyasının  hazırladığı, Rusiya prezidenti Vladimir Putinə Donbass respublikalarının müstəqilliyinin tanınmasının zəruriliyi barədə müraciəti layihəsini qəbul etdi.
Fevralın 17-də Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk xalq respublikalarına qarşı şiddətli döyüş əməliyyatlarına başladı.   Əhalinin Rusiya ərazisinə təxliyəsi başladı, səlahiyyətlilər qaçqınlara müvəqqəti sığınacaq və yardım göstərmələrini təmin etdilər. Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik elan edildi.
Denis Puşilin və LXR rəhbəri Leonid Poseçnik Rusiya prezidenti Vladimir Putindən  bu respublikaların Rusiya tərəfindən suveren respublika kimi tanınmasını xaiş etdilər. Vladimir Putin Rusiya təhlükəsizlik şurasının iclasından sonra canlı efirdə bu respublikaları tanıdığını bəyan etdi. V. Putin çıxışında Ukraynaya Donbassda qan tökülməsinin təcili qarşısının alınmasını, əks halda məsuliyyət daşıyacaqlarını bildirdi.
Putin DXR və LXR-nın müstəqilliyinin tanınmasını "çox gecikmiş qərar" adlandırdı və xatırlatdı ki, Rusiya "Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün hər şeyi etdi", o cümlədən Minsk razılaşmalarının yerinə yetirilməsi üçün mübarizə apardı, ancaq boş yerə...
Fevralın 21-də Rusiya Federasiyasının prezidenti DXR və LXR-nın tanınması ilə bağlı fərmanlar imzaladı və Rusiya Silahlı Qüvvələrinə bu respublikalarda sülhün qorunması funksiyalarını təmin etməyi tapşırdı. Elə həmin gün Vladimir Putin, Denis Puşilin və Leonid Paseçnik hərbi də daxil olmaqla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqavilələri imzaladılar. 
24 fevral 2022-ci ildə Donbass respublikaları rəhbərliklərinin Rusiyadan kömək  istəməsinə cavab olaraq Rusiya Ukraynada "Xüsusi hərbi əməliyyata" başladı.
Rizvan Şıxızadə
ardı olacaq