AvroMaydan, dövlət çevrilişi!

Avropa İttifaqının 2013-cü il Şərq Tərəfdaşlığının Vilnüsdə keçirilən sammitində Ukrayna prezidenti Viktor Yanukoviçin Assosiasiya Sazişinin imzalamasından imtina etməsi ilə Ukraynada "Avromaydan" adını alacaq etiraz aksiyaları başladı. Əvvəlcə sivil etiraz aksiyaları sonradan qanlı toqquşmalar,  insan ölümləri və nəhayət "Dövlət çevrilişi" ilə yekunlaşdı. Ukraynanın bu gün dövlətçiliyini itirmək təhlükəsi,  SSRİ-nin süqutu vaxtı 54 milyon əhalisinin indi 20 milyona düşməsi,10 milyondan çox vətəndaşın qaçqın kimi ölkəni tərk etməsi, Donbass əməliyyatları,  Rusiyaya qarşı mübarizədə 1 milyon nəfərin öldürülməsi, ölkənin 20 faizinin Rusiya tərəfindən tutulması məhz "Avromaydan" hadisələrinin nəticəsidir.

2013-cü il, 21 noyabrda Yanukoviçin Aİ-ilə müqavilə bağlamaqdan imtina etməsi ilə artıq sosial şəbəkələrdə insanların Kiyevin mərkəzinə çağırılması başlanıldı. Çox keçmədən 2 min insan azadlıq meydanına "Maydan"a toplaşdı. Etirazçılar sivil qaydada şüarlar səsləndirdilər. Toplaşanların yarısı gecəni meydanda keçirməyi qərara aldı.

24 noyabra təyin olunan mitinqdə 30 min nəfər (Qərb tərəfindən maliyyələşdirilən QHT və müxalifət partiyalarının üzvləri) cəm olundu. "Maydan"çılar hökümət binasına hücum etmək qərarına gəldilər. İlk toqquşmalar burdan başladı. Hökümət binasını qoruyan xüsusi təyinatlı polis qüvvələrinə "Berkut"a qarşı etirazçılar gözyaşardıcı qaz və tüstü bombaları , "Molotov kokteyl"ləri hücuma keçdilər. Çətinliklə də olsa ara sakitləşdirildi.

30 noyabrdə DİN-in "Berkut" dəstələri etirazçıları "Maydan"dan çıxarmağı bacardı, 35 nəfər saxlanılsa da cərimələnib, azadlığa buraxıldı. ABŞ və Avropa ölkələri Yanukoviç hökümətini sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına görə sərt tənqid etdi.

Artıq 2014-cü ilin əvvəlində etirazçıların tələbləri dəyişdi, əvvəl Avrointeqrasiya tələb edən kütlə, indi prezident Yanukoviçin istefasını tələb edirdi.

2014-cü il 16 yanvarda Ali Radanın "icazəsiz aksiyalara qarşı sərt cəza" qanununu qəbul etməsi hadisələri daha da şiddətləndirdi.

Ukraynanın Qərb vilayətinlərində millətçi "Banderaçılar" bir neçə şəhər administrasiyasının binasını zəbt etdilər.

22 yanvarda iki etirazçı, polislərlə qarşıdurmada öldürüldü. Polisin atəş  açmadığı təqdirdə iki nəfərin "naməlum" silahlılar tərəfindən öldürülməsi  ilə hadisələr qanlı mərhələyə qədəm qoydu. "Maydan"da öldürülənlərin cinayət işinə 2016-cı ildə baxıldı, və məlum oldu ki polisə atəş açmaq barədə heç kim əmr verməyib, snayper atəşini açanlar üsyana qoşulmaq üçün Kiyevə göndərilən xüsusi muzdlu gürcü snayperçilər olub.

28 yanvarda "Vilnüsdə" Aİ ilə sazişi imzalaqdan imtina edən baş nazir Nikolay Azarov vəzifəsindən azad edildi.

18-20 fevral arası "Maydan"da naməlum "Snayperçilər" peyda oldu. Onların açdığı atəş nəticəsində 77 nəfər etirazçı həlak oldu. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə 196 nəfər güllə yarası alıb,  7 hərbiçi və 10 polis əməkdaşı öldürülüb.

Üsyançılar  Baş Poçt İdarəsi, Konservatoriya, Həmkarlar İttifaqının, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarını ələ keçirdilər.

Bu vaxta qədər millətçilərə gizli  dəstək verən ABŞ-ın dövlət katibinin köməkçisi Viktoriya Nuland "Maydan"a gələrək dəstək nümayiş etdirdi.

ABŞ-ın səhiyyə naziri Robert Kennedi Taker Karlsonla müsahibəsində:

 “Ukraynada Maydan adlandırılan iğtişaşlar baş verir, lakin bizə demirlər ki, bu iğtişaşları biz maliyyələşdiririk. Qəzetlər, hökumətimiz heç vaxt bizə demirdilər ki, MKİ-nin pərdəsi olan USAID bu iğtişaşların maliyyələşməsinə $5 milyard vəsait qoyub.”

Müqayisə üçün deyim ki, bu məbləğ 10 milyonluq Azərbaycanın illik büdcəsinin 20%-i qədərdir. Hələ bu yalnız USAID vasitəsilə maliyyələşdirilən məbləğidir. ABŞ başqa dövlət proqramları ilə daha böyük yardımlar edib. ABŞ-dan başqa Aİ də milyardlarla yardım edib.

Maydan hadisələrinə Avropa ölkələrindən, hətta keçmiş SSSR-i respublikalarından qərbpərəst siyasətçilər dəstək üçün dəvət olunurdu. İsa Qənbərin "Maydan"da çıxışını görəndə o zaman Ukrayna xalqının halına ağlamağa başladım).

Tribunalarda Arsen Yaçenyuk, Vitaliy Kliçko, Oleq Tyaqnibuk, Yuliya Timaşenka, Petr Poroşenko və başqaları odlu-alovlu çıxışları ilə xalqı dövlət çevrilişinə səsləyirdilər. Yəhudi xalqına mənsub olub bu siyasətçilərin ailələri İsraildə və başqa ölkələrdə xoşbəxt həyat sürür, sadə ukraynalılar isə...

20 fevralda üsyançılar odlu silahlarla yenidən "Maydan"a, polisə və orduya hücum etdilər. 

2014-cü il fevral toqquşmalarında 1900 nəfər yaralandı.

Qanlı üsyanın qarşısını almaqda qətiyyətli olmayan Yanukoviç 21 fevral 2014-cü ildə  növbədənkənar prezident seçkiləri və  parlament respublikası istiqamətində  2004-cü il konstitusiyasına qayıdış təşəbbüsü ilə çıxış etdi. Ukrayna lideri həmçinin milli etimad hökumətinin formalaşdırılması prosedurunun başlanmasına çağırış etdi.

Ukrayna hakimiyyəti və müxalifəti Polşa və Almaniya XİN rəhbərlərinin və Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinin vasitəçiliyi ilə nizamlanma sazişi imzaladı. Sənəddə Ukraynanın 2004-cü il konstitusiyasının əvvəllər edilmiş düzəlişlərin  bərpası, milli birlik hökumətinin formalaşdırılması və ölkənin yeni konstitusiyasının qəbulundan dərhal sonra prezident seçkilərinin keçirilməsi nəzərdə tutulurdu. Hakimiyyət və müxalifət zor tətbiq etməmək barədə öhdəlik götürdü.

22 fevralda üsyançılar prezident administrasiyasını, Ali Radanı, hökümət binasını mühasirəyə alıb, prezidentin istefasını tələb etdilər.

Ali Rada əldə olunmuş razılığı pozaraq Ali Rada sədrini və Daxili İşlər Nazirini dəyişdi, prezidenti istefaya göndərməklə may ayının 25-nə yeni seçkilər təyin etdi.

Bu qeyri-qanuni "Dövlət çevrilişi" idi. Bir gün əvvəl əldə olunan razılaşma isə Yanukoviçi və ona səs verən Ukrayna xalqını aldatmaq üçün idi. Ali Radanın prezidenti vəzifəsindən uzaqlaşdırmaq qərarı Ukrayna konstitusiyasına zidd idi. Ukrayna qanunlarına görə ya könüllü,ya ağır xəstə olarsa,ya  impiçment yolu ilə  ya da dünyasını dəyişərsə prezident yenisi ilə əvəzlənə bilər. Bu halların heç biri baş verməmişdi. Ukrayna xalqının səs verib, demokratik yolla seçdiyi prezident bir dəstə millətçi tərəfindən vəzifəsindən uzaqlaşdırıldı.

2014-cü il 23 fevralda Ali Radanın sədri Aleksandr Turçinov oldu.

Vaxtında "Dövlət çevrilişi"nin qarşısını ala bilməyən prezident Yanukoviç ölkədən qaçmağa məcbur oldu. Rusiya prezidentinin göstərişi ilə onun Rusiyaya təxliyə olunması təşkil olundu.

27 fevralda Ali Rada Arsen Yaçenyukun rəhbəri olduğu "Xalqın etimad höküməti"nin tərkibini  təstiqlədi.

28 fevralda Yanukoviç Rostov-Na-Donuda keçirdiyi mətbuat konfransında Ali Radanın onu  dövlət başçısı vəzifəsindən uzaqlaşdırmaq qərarını heç vaxt qəbul etməyəcəyini bəyan etdi.

2014-cü il 25 mayda keçirilən növbədənkənar prezident seçkilərində müstəqil namizəd Petr Poroşenko 54,7 faiz səslə qalib oldu.

Ruslara, Rus dilinə, adət-ənənələri düşmən olan nasist təfəkkürlü insanların ölkədə hakimiyyəti zəbt etməsi ruslar yaşayan vilayətlərdə (Krım, Donetsk,  Luqansk,  Xarkov,  Odessa, Dnepropetrovsk, Xerson Nikolayev vs) birmənalı qarşılanmadı.

16 Mart Krım yarımadasında Krımın gələcək taleyi ilə bağlı referendum keçirildi.  96,77% əhali Krımın Rusiya birləşdirilməsinə səs verdi. 

17 fevralda Krım Ali Soveti Ukraynadan ayrılmaq barədə qərar qəbul etdi, 18 fevralda isə Rusiyaya birləşməyi ehdiva edən müqavilə bağlandı.

11 Mayda Donetsk və Luqansk vilayətlərində Ukraynadan ayrılıb müstəqil olmaq barədə referendum keçirildi. 12 Mayda Donetsk və Luqansk özünü müstəqil respublika elan etdi.

2014-cü ilin aprel ayında Ukrayna dövləti Donetsk və Luqansk Xalq Respublikalarına qarşı hərbi əməliyyatlara başladı."Maydan"da başlayan qardaş qırğını artıq Donbassda orduların üz-üzə gəlməsi ilə davam etməyə başladı.

Odessa və Lvov hadisələri

48 nəfər odessalının "Həmkarlar evi"nin binasında diri-diri yandırılması.

2014-cü ilin 12  fevralında Kyevdə baş verən dövlət çevrilişinə,  qanlı aksiyalara,  özbaşınalıqlara etiraz olaraq 12 min insan Odessada dinc yürüş keçirtdi. Nümayişçilər bir sıra tələblər irəli sürdülər: Rus dilinə ikinci dövlət dili statusunun verilməsi, inzibati-ərazi islahatının aparılması, ruslara məxsus tarixi-mədəni irsinin qorunub saxlanması, yeni  qubernatorun seçilməsinin təmin edilməsi və s.

Daha sonra Odessanın ən böyük meydanlarından birində - Kulikovo meydanında çadır şəhərciyi quruldu. Aprelin sonunda Odessa qubernatoru Vladimir Nemirovski meydanı nümayişçilərdən təmizləyəcəyini vəd etdi.

Mayın 2-də Odessada yerli "Çernomoreç" və Xarkovun "Metallist" futbol komandalarının oyunu olmalı idi. Səhər Xarkovlu azərkeşləri gətirən qatar "Kulikova" meydanının yaxınlığındakı stansiyada dayandı. Azərkeşlərlə yanaşı "Avromaydan" tərəfdarı olan, Ukraynanın  müxtəlif bölgələrindən gələn "Sağ sektorun" millətçi nümayəndələri də  Odessaya gəlmişdi.

Odessanın bütün giriş çıxışlarında blokpostlar quruldu, silahlı millətçilər postlarda növbə çəkməyə başladılar. Otellərdə, İstirahət Mərkəzlərində yerləşdirilən silahlı millətçilərin sayı min nəfərdən çox idi.

Şəhərin mərkəzində silahlı şəxslərin əllərində açıq-aşkar "Molotov kokteyli" ilə dolaşması qarşıdurmanın olacağından xəbər verirdi.

Odessa etirazçıları 13:30-da təcili toplaşmaq qərarını verdilər. Qreçskaya meydanına baş verən ilk toqquşmada 4 "antimaydançı" etirazçı, 2 Kiyevdən gələn millətçi öldürüldü. Saat 15:30-da Kulikovo meydanında olanlar Qreçeskayada olanlardan xəbər tutdu. "Antimaydançılar"ın rəhbərlərindən olan Artyem Davidçenko bir qrup insanla özünü Qreçeskaya meydanına yetirdi. O vəziyyəti görəndən sonra Kulikovoya qayıdıb iki variant təklif etdi.  Qadınları və qocaları ayırıb evə göndərmək ya da Həmkarlar İttifaqının binasına sığınıb müdafiə olunmaq.

Saat 18:20-də Kulikovo meydanına futbol azarkeşlərinin və millətçi fəalların böyük qruplarının  irəliləməsi barədə məlumat daxil oldu. Kulikovo meydanında çadır quran odessalılar "Həmkarlar İttifaqı" evinin mühafizəçisindən  pravoslav  ikonlarının, xaçlarının  gizlədilməsini xahiş etdilər. Mühafizəçi kilsəyə aid əşyaları götürüb qapıları bağladı.

Saat 19:00-da etirazçılar "Həmkarlar İttifaqının" binasına sığınmaq qərarına gəldilər. Çadır qurmaq üçün istifadə olunan bütün materialları, işıq generatorlarını, yorğan döşəklərini, dərman preparatlarını vs qapını sındıraraq içəri sala bildilər.

19:20-də millətçilər  Kulikova meydanına gəlib, etirazçıların çadırlarını yandırmağa başladılar. Sonra "Həmkarlar Evi"nə "Molotov kokteyl"ləri atdılar. Etirazçılar da buna cavab olaraq binadan daş, taxta parçaları atmağa başladılar. 5 millətçi  "Həmkarlar evi"nə soxuldu. Ukrayna bayrağına bürünmüş millətçilər binaya daxil olub, ofislərin qapılarını sındırdılar. Əlbəyaxa davaların başlamasından sonra odessalılar binanın foyesınə sığındılar. Yarım saat müqavimət göstərən odessalılar millətçilərin atdığı "Molotov Kokteyl"lərinin yanğınlarından, tüstüsündən boğulmaq təhlükəsi ilə üz-üzə qaldı.

19:44-də Odessa polis idarəsinin növbətçisi "Həmkarlar Evi"nə təcili yanğınsöndürənlərin göndərməsini xaiş edir. Lakin bu çağırışa məhəl qoyulmur.

14:45-də "Həmkarlar evi"ni yanğın bürüyür. Avromaydançı millətçilər etiraz edən odessalıları binadan çıxmağa qoymur, yanğından xilas olmaq üçün özünü pəncərədən atanları isə yerdə öldürürlər.

20:18-də gələn yanğınsöndürənlər nərdivanlarla bəzi etirazçıları xilas edirlər, lakin "Avromaydançılar həm yanğınsöndürənlərə həm də polisə müqavimət göstərirlər.

20:30-da göy rəngli avtobusda gələn SBU-nun  (Ukrayna Təhlükəsizlik Xidməti)  silahlı "ALFA" qruppası yanan binanın kənarında dayanan mülki paltar geyinən bir kişini avtobusa mindirib ərazidən uzaqlaşır.

20-45-də millətçilər "Həmkarlar evi"nin yanan binasından sağ çıxmış insanları təcili yardım maşınlarına minməyə qoymur, onları talpa şəklində linç etməyə başladılar.

20:47-də "Həmkarlar Evi"nin üzərində Ukrayna bayrağı asıldı, millətçilər "Odessa Ukrayna"dır qışqıraraq Ukrayna himnini oxumaqa başladılar.

20:50-də yanğın söndürüldü. Rəsmi məlumata görə 48 nəfər həyatını itirib, 240 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ukrayna Baş Prokurorluğunun araşdırdığı "2 May Odessa hadisələri"nin məhkəməsi 3,5 il çəkdi.

Məhkəmə prosesində "millətçilər" hakimlərə, ittihamçılara hədə qorxu gəlir,  onların ailələrini ölümlə təhdid edirdilər.

2017-ci ildə məhkəmə 19 odessalıya bəraət hökmü çıxartdı.

Belə bir dəhşətli faciəyə görə millətçiləri  günahlandıran olmadı, əksinə odessalılar "separatizm" ittihamı ilə cəzalandırıldı.

Bu günə qədər də "2 May" Odessa hadisələrinin düzgün istintaqı aparılmayıb, günahkarlar cəzalandırılmayıb.

Odessa əhalisinin əksəriyyətinin ruslar olduğunu nəzərə alsaq, bu hadisə Rusiyada da böyük etirazlarla qarşılandı. Rusiyalılar Vladimir Putindən odessalıları qorumağı tələb etməyə başladılar.