Budapeşt memarandumu!

5 dekabr, 1994-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində Rusiya, ABŞ və  Böyük Britaniyanın  iştrakı ilə Ukraynanın nüvə silahından mərhum edilməsi haqqında memarandum imzalanır.

1991-ci ildə SSRİ dağılandan sonra 4 sovet ölkəsində (Rusiya, Ukrayna,  Qazaxıstan və Belarusiya) nüvə silahları qalmışdı.

Ən böyük nüvə arsenalı Ukrayna idi.

1900 nüvə başlığı, 2900 taktiki nüvə silahına malik Ukrayna dünyada ABŞ və Rusiyadan sonra 3-cü ən böyük nüvə dövləti ola bilərdi.

Ukraynanın ilk prezidenti olmuş Leonid Kravçuk sonralar öz müsahibəsində bildirmişdi: Nəhəng nüvə arsenalını saxlamaq böyük xərc tələb edirdi, həmçinin də bu silahlar Rusiyada istehsal olunmuşdu, onların idarə edilməsi, kodları ruslara məxsus idi. Çernobıl faciəsindən sonra yenidən nüvə faciəsi yaşamamaq üçün silahların Rusiyaya qaytarılması ən düzgün qərar idi.

Memarandum Leonid Kuçma, Boris Yeltsin, Bill Klinton və Con Meydjor tərəfindən imzalanıb. Tərəflər tərkisilah olunmanın müqabilində Ukraynaya həm maddi dəstək həm də təhlükəsizlik zəmanəti veriblər.

Rusiya "Maydan" hadisələrinə qədər Ukraynanı  bazar qiymətindən ucuz neft-qazla təmin edirdi.

ABŞ da milyardlarla dollar yardım etməklə Ukraynada rəngli inqilablar edib, Ukrayna xalqını slavyan ruslara qarşı müharibəyə hazırlayırdı.

2014-cü ildə Donbass münaqişəsi, 2022-ci ildə Xüsusi Hərbi əməliyyatlar başlayanda yenidən Ukraynaya verilən təhlükəsizlik zəmanəti gündəmə gətirildi. 2013-cü ildə ABŞ bildirdi ki Ukraynaya verilən təhlükəsizlik zəmanəti hüquqi öhdəlik deyildi, sadəcə siyasi məsuliyyət idi.

İraqda nüvə silahı axtaran, ona görə ölkəni xaraba qoyan ABŞ Rusiya ilə birbaşa müharibəyə girməmək üçün Ukraynaya verdiyi zəmanəti siyasi zəmanət adlandırdı.

Çox təəssüf ki Rusiya-Ukrayna münaqişəsi haqqında fikir bildirənlər, nəinki uzaq tarix, heç son 35 ildə Ukraynada baş verənlər barədə demək olar ki məlumatsızdır. Bu günkü Ukrayna bütün dünya üçün ibrət olunası nümünədir.

Son 20 ildə Ukrayna siyasi tarixində  mühüm rol oynamış Viktor Yanukoviçi  eks prezident Ayaz Mütəllibova bənzədirəm. Viktor Yuşenkonu isə Əbülfəz Elçibəyə.

Yanukoviç 1950-ci ildə Sovet Ukraynasının Donetsk vilayətinin Yenakiev şəhərində doğulub.

1997-2002-ci illərdə Donetsk vilayətinin rəhbəri olub.

Donetsk vilayəti onun rəhbərliyi ilə ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş vilayətinə çevrilir. 2002-ci ildə Ukrayna prezidenti Leonid Kuçma Yanukoviçin  Ukraynanın baş naziri postuna namizədliyini irəli sürür. Ali Rada təklifi səs çoxluğu ilə qəbul edir.

Aparılan islahatlar nəticəsində Ukrayna iqtisadiyyatı "qızıl dövrünü" yaşayır. Xarici investisiyaların həcmi milyardlarla ölçülür.

2003-cü ildə "Regionlar partiyası"nın sədri seçilir.

2004-cü il prezident seçkilərində artıq Ukrayna xalqı iki cəbhəyə bölünmüşdü. Bir tərəfdə Qərbin dəstəklədiyi Viktor Yuşenko tərəfdarları, bir tərəfdə isə Rusiyönümlü siyasət yürüdən Viktor Yanukoviçin tərəfdarları.  Yuşenkonu mərkəz və qərbi Ukrayna dəstəkləyirdisə, Yanukoviçi cənubi və şərq vilayətləri dəstəkləyirdi.

2 tur ərzində keçirilən seçkilərin nəticələrinə görə Viktor Yanukoviç 49,46% faiz səs çoxluğu ilə Ukrayna prezidenti seçilir. Qərb tərəfdarları seçki saxtakarlığını bəhanə edib, etirazlara başlayırlar. Bununla da Ukraynanın "qara günləri" başlayır.

"Narıncı İnqlab" adını alacaq üsyanlara  Yanukoviç ciddi təpki göstərmir. Qərb təşkilatları sanksiyalarla Ali Rada deputatlarını hədələyib,  3-tur seçkilərinin keçirilməsini tələb edirlər. 3-cü turda "Narıncı İnqlab"ın lideri Viktor Yuşenko prezident seçilir.

2006-cı ildə keçirilən parlament seçkilərində Yanukoviçin sədri olduğu "Regionlar partiyası" 32,14% səslə Ali Radada çoxluq qazanır.

Prezident Yuşenko "Narıncı İnqlab"ın liderlərindən olan, baş nazir Yuliya Timaşenkanın yerinə Viktor Yanukoviçin namizədliyini irəli sürür.

Yenidən baş nazir olan Yanukoviçin çox keçmədən prezident Yuşenko ilə yolları kəsişir. Baş nazir "NATO"-ya, üzvlüklə bağlı sənədləri göndərməkdən imtina edir.

2008-сi il Rusiya-Gürcüstan münaqişəsində Yanukoviç Abxaziya və Osetiyanı dəstəkləyir.

Buna etiraz edən eks baş nazir Yulya Timaşenkayanın partiyası Ali Radada prezident Yuşenkonun partiyası ilə olan koalisiyadan çıxır. Buna görə də prezident növbədənkənar seçkilər təyin edir.

2010-cu il prezident seçkilərində rəqibi Yuliya Timaşenkanı 3,5 faiz səslə qabaqlayan Yanukoviç yenidən Ukrayna prezidenti seçilir.

Artıq rusiyameyilli prezident hakimiyyətə gəlmişdi. Buna baxmayaraq Yanukoviç Rusiyaya Belarusiya kimi inteqrasiya etməyin əlehinə idi. O "Avrasiya" iqtisadi İttifaqına və "ODKB"-yə üzvlükdən imtina edirdi.

Yanukoviç Rusiya və Qərb arasında var-gəl edib, hər ikisindən maksimum istifadə etməyi düşünürdü.

2010-cu ildə Viktor Yanukoviç Rusiya ilə 2017-2042-ci illərdə təbii qaz alışında  endirim müqabilində Qara dəniz donanmasının Krımda qalması barədə müqavilə bağlayır. Ukrayna qanunvericiliyindən NATO-ya inteqrasiya ilə qanunlar götürülür və ölkənin blokdan kənar "Neytrallıq"  statusu əlavə edilir.

Rusiya ilə bağlanan müqavilələr, prezidentliyə namizəd Yuliya Timaşenkanın həbsi ABŞ və Avropanı hərəkətə gətirdi. İlk olaraq millətçilərin çoxluq təşkil etdiyi Lvov vilayətində etirazlar başladı. Küçələrdə rusca danışanlar, 2-ci dünya müharibəsinin qəhrəmanları, Georgievski lenti taxanlar döyülməyə, təhqir olunmağa başlanıldı, Sovet İttifaqı qəhrəmanlarının abidələri dağıdıldı.

2011-ci il 9 Mayda  Banderaçıların "Svaboda" təşkilatının törətdikləri bu vəhşiliklərin məsuliyyətini heç kim üzərinə götürmədi.

Radikallara qarşı sərt mübarizə aparmaq əvəzinə Yanukoviç höküməti onların Ali Radada təmsil olunmasına şərait yaratdı. Məqsəd "sözəbaxan" müxalifət yaratmaq idi.  Artıq 1  ildən sonra Ali Radada 10 deputatla təmsil olunan radikalları normal qəbul etməyə başladılar.

Millətçilərin təpkisini görən Yanukoviç seçkiqabağı "Rus dilinin dövlət dili" statusu ilə bağlı verdiyi vəddən imtina edir.

Avrointeqrasiya arzusunda olan Ukraynaya BVF-dan güzəştli kredit verilmir. Bunun qarşılığında Rusiyadan güzəşt müqabilində

2013-cü ildə Aİ-nın Vilnüsdə keçirilən sammitində Yanukoviçin Assosiasiya Sazişinin imzalanmasından imtina edir.

Bununlada "Avromaydan" adını alacaq etiraz aksiyaları başlayır.

 

Ardı olacaq

 

Rizvan Şıxızadə