
Azərbaycan Premyer Liqasının XXXI turunda "Şamaxı" doğma divarlar arasında "Kəpəz"i qəbul etdi. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatdı. Qarşılaşmayla bağlı "şirlər"in futbolçusu Rüfət Abbasov Globkom.info - a danışdı.
"Kəpəz"lə aramızda 3 xallıq fərq vardı. Çətin görüş olacağını bilirdik. Hər iki tərəf qələbə qazanmaqla mövqeyini möhkəmləndirmək istəyirdi. Oyuna pis qoşulmadıq, qollar vurduq. Matçın gedişatında azlıqda qalmağımıza rəğmən, qələbə hesabını qoruya bildik. Bununla azarkeşlərimizi sevindirməyi bacardıq".
ABDULLA İSMAYILOĞLU
Globkom.info