Azərbaycan Premyer Liqasının yola salınan XXVI turunda "Şamaxı" doğma divarlar arasında "Sabah"ı məğlub etdi. Görüşlə bağlı "şirlər"in futbolçusu Rauf Rüstəmli Globkom.info - a danışdı.

"Sabah"ın necə güclü komanda olmasını və heyətindəki futbolçuların səviyyələrinə yaxşı bələdiydik. Odur ki, onlarla oyuna ciddi hazırlaşmışdıq. Həftə ərzində keçdiyimiz məşqləri və baş məşqçimizin göstərişlərini  meydanda sərgiləyə bildik. Əzmkar, layiqli qələbə qazandıq. Qarşıdakı turlarda da uğurlu çıxışa fokuslanmalıyıq".

ABDULLA İSMAYILOĞLU

Globkom.info