Azərbaycan Premyer Liqasının 20-ci turunda  “Səbail” doğma divarlar arasında “Kəpəz”i qəbul edirdi. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatdı. Gəncə təmsilçisinin üzvü Rauf Hüseynli oyunla bağlı Globkom.info – a reaksiyasında bunları dedi:  

“Məğlub olsaq da, meydanda yaxşı mübarizə apardıq. Hətta rəqibdən daha çox hücumlar təşkil etdik. Sadəcə qol çatmadı. “Səbail” ilə qarşıdurmada xal götürmək üçün komandamızda sonluq çatmadı. Eyni səviyyəli rəqiblərin oyununda kim daha konsentrasiyalıdırsa və az səhv edirsə, uğur qazanır. Bu gün “dənizçilər” həmin komponentlərdə bizi üstələdi. Bu matçdakı səhvlərimizdən nəticə çıxarıb qarşıdakı oyunlara fokuslanmalıyıq”.

 

ABDULLA İSMAYILOĞLU

Globkom.info