Bu gün  Azərbaycan Kubokunun yarımfinal oyunları start götürür. “Araz-Naxçıvan” doğma divarlar arasında “Qarabağ”ı qonaq edəcək, “Sabah” isə “Neftçi”nin qonağı olacaq. Kubokun bu mərhələsinin ilk raundundan kimlər daha şanslıdır? Bu barədə Azərbaycan yığmasının sabiq üzvü Rahid Əmirquliyev Globkom.info – a fikirlərini açıqladı.

“Kubok oyunları Premyer Liqa matçlarından fərqlənir. Ölkə çempionatında uzun marafon sayəsində mükafatçılar sırasında yer alırsansa, kubokda bir neçə oyuna yarımfinala, finala çıxmaq mümkündür. Bu il “Araz-Naxçıvan” iki cəbhədə yaxşı mübarizə aparır. Buna rəğmən, “Qarabağ” naxçıvanlılar oyunda favoritdir. Muxtar Respublika təmsilçisi ağdamlılara nə qədər müqavimət göstərsə də, Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq şansı 60 faizdir. “Neftçi” – “Sabah” oyunu ilə bağlı əvvəlcədən fikir bildirmək çətindir. Hər iki tərəf aşağı-yuxarı eyni səviyyəli komandalardır. Həmçinin onlar çempionatda heç də arzuolunan yerlərdə deyillər. Ona görə də tərəflər bütün nəzərlərini kubok matçlarına cəmləyib. Bu qarşıdurmada favorit görmürəm. Həm “ağ-qaralar”ın, həm də “bayquşlar”ın mərhələ keçmək şansları bərabərdir”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info