I Liqanın yola saldığımız XVII turunda MOİK doğma divarlar arasında “Qaradağ Lökbatan”ın ciddi müqavimətinə rast gəldi. “Hərbiçilər” yalnız bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaça bilib. Vacib xal itkisiylə üzləşən Müdafiə Nazirliyinin komandasının baş məşqçisi Qəzənfər Abbasov globkom.info – a danışdı.

“Qaradağ Lökbatan” turnir cədvəlinin sonun pilləsində qərarlaşsa da, həm heyətinə, həm də sərgilədikləri oyuna görə onları autsayder hesab etmirik. Oyundan əvvəl deyilsəydi ki, favorit kimdir? Birmənalı olaraq cavab vermək olmazdı. Çünki rəqimizi kifayət qədər təhlükəlidir və hücum xətdində güclüdürlər. Meydanda futbol döyüşü getdi. Lökbatan təmsilçisi oyun boyu iki dəfə hesabda irəli çıxmasına baxmayaraq, biz də təslim olmadıq. Bərabərlik qolunu vurduqdan sonra da “1-ci nömrə” ilə oynamağa davam etdik. 90+1-ci dəqiqədə qol vurmaq üçün əla şans qazandıq. Təəssüf ki, penaltini dəqiq yerinə yetirə bilmədik. Deyərdim ki, qələbə qazanmaq üçün bəxtimiz gətirmədi. Maraqlı, baxımlı futbol oyunu alındı. Amma vacib iki xal itirdik”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info