
Avropa İttifaqı (Aİ) Ursula fon der Leyenin bütün cəhdlərinə baxmayarq, Sovet İttifaqının son onilliyini xatırladır.
- Aİ də SSRİ kimi müstəqillik atributları olan, lakin tam müstəqil olmayan ölkələrin birliyidir.
- Hər ölkənin başçısı, parlamenti və ali icra orqanı var, eyni zamanda Aİ-nin də başçısı, parlamenti və ali icra orqanı var. Aİ-nin qərarları ona daxil olan bütün ölkələr üçün məcburidir.
- Aİ-də də "müstəqil" ölkələrin milli valyutaları və milli bankları yoxdur, lakin hamı üçün ortaq valyuta və Avropa Mərkəzi Bankı (Frankfurt, Almaniya) var.
- Aİ-nin də artıq öz "Pribaltikası" var: Macarıstan, Slovakiya və perspektivdə Rumıniya. Aİ-nin Ukraynası Polşadır.
- Aİ-nin "Orta Asiyası" Baltika ölkələridir (Litva, Latviya və Estoniya).
- Aİ-də də donor və subsidiyalaşan ölkələr var.
- Aİ də SSRİ-nin son illərində olduğu kimi korrupsiya toruna bürünüb.
- Aİ-nin hətta Əfqanıstanı da var– Ukrayna. SSRİ Əfqanıstan müharibəsində zəiflədiyi kimi Aİ də Ukrayna müharibəsində taqətdən düşüb.
Vəziyyətin bu yerə gəlməsində ABŞ-ın da misilsiz rolu oldu. "Allah məni dostlarımdan qorusun, düşmənlərimlə özüm bacararam" məsəli burda lap yerinə düşür.
Bayden ABŞ-ı isə Aİ-nin diz çökməsi üçün əlindən gələni etdi:
- "Şimal axınlarını" partlatdı;
- Aİ şirkətlərini Rusiya bazarından çıxmağa məcbur etdi (orada milyardlarla investisiyaları batdı, böyük müştəri bazarını itirdilər);
- Aİ-nin Rusiyadan ucuz neft və qaz almasına imkan vermədi;
- Rusiyaya qarşı onminlərlə sanksiyalar tətbiq etdirdi (sanksiyalar isə Aİ şirkətlərinin istehsalının azalmasına səbəb olur);
- Çinə qarşı bəzi sanksiyalar tətbiq etdirdi;
- ABŞ-dan daha baha maye qaz aldırdı;
- Ukrayna müharibəsini maliyyələşdirməyə, Ukraynanın sosial xərclarının maliyyələşdirilməsinə qrantlar ayırmağa məcbur etdi;
- Ukraynalı qaçqınları saxlamağa məcbur etdi və s.
Tramp ABŞ-ı isə artıq gücdən düşmüş Aİ-yə son zərbələrini vurur.
Tramp inauqurasiyasına Aİ-nin başçısı Ursulanı dəvət etmədi. Deyilə bilər ki, inauqurasiyaya, adətən, dövlət başçıları dəvət edilmir (hərçənd bəzi dövlət başçıları dəvət edilmişdi: https://www.facebook.com/share/p/18uZFZEimX/), amma axı heç Aİ-nin xarici işlər naziri olan Kaya Kallas da tədbirə dəvət olunmamışdı.
Ursula və Kaya 20 yanvarda Trampı sosial şəbəkə hesablarından təbrik edərək, qlobal çağırışların həlli sahəsində Trampla sıx əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözlədiklərini bildirmişdilər. Lakin inauqurasiyadan 11 gün keçib, indiyədək nə Tramp Ursulaya, nə də Rubio Kayaya zəng edib.
Bir qayda olaraq, yeni ölkə başçısının və yeni xarici işlər nazirinin hansı ölkəyə səfər etməsinə xüsusi əhəmiyyət verilir. Hesab edilir ki, bu səfər ölkənin yeni rəhbərliyinin xarici siyasətində hansı ölkəyə prioritet verdiyinin göstəricisidir. ABŞ rəhbərliyi, adətən, ilk səfərlərini Avropaya edirdilər. Trampın ilk xarici səfərinin haraya olacağı hələ məlum deyil. Dövlət katibi Rubionun ilk səfəri isə Mərkəzi Amerika ölkələrinə (Panama, Qvatemala, Salvador, Kosta-Rika və Dominikan) planlaşdırılıb. Yəni ABŞ-ın yeni xarici siyasətində Avropa prioritet deyil.
Tramp Aİ-ni 25%-lik tarif sanksiyaları ilə hədələyir.
Aİ ölkələrindən tələb edir ki, hərbi xərclərini ÜDM-in 5-8%-nə qaldırsınlar. Hazırda onların çoxu 2%-ə qədər güclə qaldıra bilirlər.
NATO ölkələrindən kim yaxşı pul verməsə, NATO-nun onu qorumayacağını bəyan edib.
ABŞ qoşunlarını Avropadan yavaş-yavaş çıxarır.
Danimarkadan tələb edir ki, Qrenlandiyanı ona satsın.
Tramp Aİ ilə deyil, ayrı-ayrı Avropa dövlətləri ilə əməkdaşlıq edəcəyini bəyan edib.
...Belə getsə, günlərin birində Ursula da Qorbaçov kimi İttifaqsız və kreslosuz qalacaq.
Asif Şəfəqqətov