
I Liqanın yola salınan XV turunda “Karvan” “Cəbrayıl” səfərində son dəqiqədə buraxdığı qol ilə qələbədən məhrum oldu. Oyunla bağlı Yevlax təmsilçisinin Nigeriyalı futbolçusu Peter Kings Globkom.info – a danışdı.
“Cəbrayıl” ilə son dərəcə yaxşı hazırlaşmışdıq. Məqsədimiz evə 3 xal ilə qayıtmaq idi. İlk yarıda nə qədər çalışsaq da, qol vura bilmədik. Fasilədən sonra da qolumuz gec gəldi. Təəssüf ki, matça əlavə olunan dəqiqələrdə ani bir səhvə görə qapımıza penalti təyin edildi və rəqibi bu fürsətdən maksimum istifadə edərək bizi qələbəmizdən etdi. Çempionatın ikinci pərdəsində cəmi 5 xal qazanmışıq, əlbəttə ki, bu göstəricidən razı qala bilmərik. Odur ki, səhvlərimizi analiz edərək növbəti turlarda qələbələri sıralamalıyıq”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info