
Sırahagün Avropa Liqasında növbəti oyunlar keçirildi. "Qarabağ" doğma divarlar arasında Rumınyanın FKSB kollektivini qəbul etdi. "Süvarilər" oyuna erkən qolla başlasalar da. qələbə hesabını qoruya bilmədi və yekunda rəqib 3-2 hesabıyla qalib gəldi. Bununla Ağdam təmsilçisi pley-off şanslarını tükətdi. Veteran futbolçu Paşa Əliyev "Qarabağ" məğlub olduğunu oyunla bağlı Globkom.info - a açıqlaması belə oldu:
"Qarabağ"a ümidlərimiz böyük idi. Elə "atlılar"ın 1-ci dəqiqədə erkən qol vurması da, inamımızı artırdı. Amma təəssüflər olsun ki, təmsilçimiz hər dəfə hesabdan irəli çıxarkən rəqib xarakter göstərib hesabı bərabərləşdirirdi. Xüsusən də, rumınlar 45+4-cü dəqiqədə ikinci qolu vurmaqla fasiləyə yollanmaları matçın sonrakı taleyini böyük ölçüdə həll etdi. Qonlarla həm psixoloji üstünlüyə yiyələnid, həm qələbəyə işdahı artdı. Halbu ki, doğma publika qarısında oynayırdıq, hesabın 2:1 olmasını qorumaq kifayət idi. Futbolçularımız meydanda, əsas da ikinci yarıda xarakter göstərə bilmədi. Rəqibə isə özünə lazım olan qələbə qolunu vurmağı bacardı. Rumınlar bizi udmadı, biz oyunu uduzduq. "Qarabağ"ın pley-off üçün son şansı idi. Belə prinsipal qarşılaşmalarda futbolçuların qələbə üçün gözləri yanmalıdır, meydanın hər qarşı uğrunda döyüşüb rəqibi aman verməməlidir. Lakin futbolçularımız rumınlarla matçda yetəri qədər döyüşmədilər. Onlar Qurban Qurbanovun əziyyətini hədər etdi. Ağdamlıların qələbəsinə ümidimiz vardı, amma puç oldu. Çox təəssüf..."
ABDULLA İSMAYILOĞLU
Globkom.info