
Suriyada dövlət çevrilişi edərək hakimiyyətə gələn “islamçı”lar ələvilərə, Bəşər Əsədin tərəfdarlarına və digər bu qism əhaliyə qan uddurur. Amma Azərbaycanın televizya kanalları Suriyadakı qətliamlarla bağlı bircə kəlmə də deyilmir.
Görünür ya yuxarıdan susmaq tapşırıb, ya da Suriyada təhqir olunan, aşağılanan, döyülən, öldürülən, qaçaq düşənləri insan yerinə qoymuruq. Maraq üçün özünü ana və ali müxalifətçi hesab edən “cənab” Əli Kərimlinin sosial şəbəkədəki səhifəsinə göz gəzdirdmi, Suriyada baş verənlər haqqında bircə kəlmə söz açmayıb. Ancaq Tofiq Yaqubludan danışır. Tofiq bəyin vəziyyətini, ona qarşı edilən zülmü də başa düşürəm, amma Suriyada bir tofiqə deyil - minlərlə, on minlərlə, yüz minlərlə insana zülm edilir. Bir neçə gün ərzində “cihatçı”lar 4 minə yaxın insan öldürülüb. Qətl olunma səbəbləri də sırf aləvi olmaların görədir. Çünki hazırkı “islamçı” iqtidarın gözündə aləvilər kafirdir və öldürülməlidir.
Azərbaycanın burjua iqtidarı ilə burjua müxalifəti - aşağı-yuxarı eynidilər. Onlar üçün mənfəət hər şeydən üstündür. Əminəm ki, Əli Kərimli Tofiq bəyi humanistlik naminə müdafiə etmir, o işdə də siyasi mənfəət əldə edir. Şüarda belədir: "İlham Əliyevin avtoritar hakimiyyətinə qarşı müxalifətçilik etmək mövzusu" kimi istifadə edir: biz demokratıq, diktator biz demokratlara zülm edir, bizim demokratiyamızda zülm bitəcək...”
Bəşər Əsədi söyən, nifrət edən, qovalayanlar da elə deyirdi.Dünyanın heç bir yerində əzilmişlərə, zəiflərə sahib çıxmazlar. Ancaq özlərinin o faşist şəbəkəsindən kim varsa, ona "hüquq müdafiəçi”liyi edərlər.
Bu Avropanın təşkilatları, siyasətçiləri va haa, Azərbaycanda həbsdə olan jurnalistlərin müdafiəsinə qalxdı... Amma eyni Avropa mərkəzləri Suriyada öz evində öldürülən uşaqların, qadınların qanını batıraraq “cihatçı demokrat”ların hakimiyyətinə dəstək oldular.
Dost siyahımda bir ABŞ kommunisti var, kökü Rusiya yəhudilərindəndir. O, Suriyadakı aləviləri müdafiə edir, əhalisinin yarıdan çoxunun şiə olan Azərbaycanda sağçı prezident də susur, sağçı-liberal müxalifət də susur, media susur... Hətta şiə Allahşükür də.... Bu nə iyrənc dünyadır?
Bu dünyanın yeganə gözəlliyi - sol-kommunist düşərgənin insanlarıdır!
A.Sultanov
Globkom.info