
I Liqanın XXIII turunda “Qaradağ Lökbatan” doğma publika önündə “Difai Ağsu”ya 3:1 hesablıyla məğlub etdi. Meydan sahiblərinin heyətində ən yaxşılardan olan Nurlan Novruzov Globkom.info – a danışdı.
- Ardıcıl iki turdu qələbə qazanırsız, komanda artıq lazım olan relsə düşübmü?
- Şükürlər olsun ki, iki oyundu qələbə qazanırıq, bundan başqa neçə tur idi, qol da buraxmırdıq “Difai Ağsu” ilə görüşdə qələbə qazanmaqla yanaşı qol da buraxdıq. Son iki matçımızda əzmkar qələbələr qazanırıq, həmçinin hakimlərin bizə qarşı qərəzi də azalıb. Son iki turda normal referi idarəçiliyi gördük. Əslində “Qaradağ Lökbatan” hazırda ondan gözlənilən performansını sərgiləyir. Bu tonusu mövsümün sonuna kimi qorumalıyıq.
- Son oyunda meydanda ən hərəkətlilərdən idin. Çox qaçdın, rəqib müdafiəçiləri təzyiq altında saxladın, amma qol gəlmədi. Qol “oruc”unun səbəbi nədir?
- Son matçda göz dəyməsin çox hərəkətliyəm (gülür). Qol vurmaq üçün fürsətlərim olsa da, son nöqtəni qoya bilmirəm. Amma əsas mənim qol vurmağım yox, komandamız qalib gəlməsidir. Hazırda bütün futbolçularımız qələbə çox ac və istəklidirlər.
- 5 oyun heç-heçəli nəticələriniz qeydə alındı, hətta 3 oyun qol da vura bilmirdiz, artıq iki turdu qələbələr qazanırsız, bu maksimumunuzdu, yoxsa bir qədər də artırmalısız?
- Təbii ki, bir qədər artrırmalıyıq. Hazırda elə mövqedəyik ki, bizə qələbən başqa heç bir nəticə maraqlı deyil.
- Azarkeşlərinizə nə demək istərdin?
- I Liqada güclü azarkeş dəstəyi görən komandalardanıq, hətta məğlub olduğumuz görüşlər də belə fanatlarımız bizi tək qoymayıblar. Odur ki, son iki qələbələrimizi onlara həsr edirik. Hər bir “Qaradağ Lökbatan” azarkeşinə bizə dəstəklərini əsirgəmədiklərinə görə təşəkkür edirəm.
ABDULLA İSMAYILOĞLU
Globkom.info