
Azərbaycan Premyer Liqasının XXIX turunda “Sabah” doğma divarlar arasında “Kəpəz”ə məğlub oldu. Qarşılaşma ilə bağlı Masazır təmsilçisinin qapıçısı Nicat Mehbalıyev Globkom.info – a açıqlama verdi.
“Bu oyunda çoxlu qol fürsətlərimiz oldu. Lakin istifadə edə bilmədik. Bunda rəqib qapıçının əməyini də qeyd edərdim. Bu mövsümdə özümüzdən aşağı pillələrdə gedən komandalarla oyunlarda çoxlu xallar itirmişik. Bu matçların hər birində də rəqiblərimizdən üstün oyun sərgiləmişik. Komanda daxilində də bu oyunları müzakirə edirik. Sadəcə, bəzi oyunlarda sadəcə, sanki top qapıdan keçmək istəmir. Mübarizəmizi davam etdiririk. İnanıram ki, qarşıdakı oyunlarda müsbət nəticələr qazanacağıq”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info