
I Liqanın son turunda “Qəbələ” Binə qəsəbə stadionunda “Baku Sportinqi” darmadağın edərək elitaya vəsiqəni təmin etdi. “Qırmızı-qaralar”ın üzvü Nicat Əliyev qarşılaşmada dubl ilə yadda qaldı. Futbolçu həm qələbə, həm də elitaya Premyer Liqaya vəsiqə qazanmaqları ilə Globkom.info – a danışdı.
- “Baku Sportinq” ilə oyunda dubl edərək qələbədən əsas pay sahibi olanlardansan. Matçla bağlı fikirlərin maraqlıdır...
- Uzun zaman idi rəqib qapılarına yol tapa bilmirdim və mövsümdə dubl etməklə qol hesabımı açdım. Buna görə çox sevincliyəm, amma ən böyük sevincim elitaya vəsiqəni təmin etməyimizdir. Təbii ki, Bakı təmsilçisi ilə qarşıdurmada bizə bir xal da kifayət edirdi, amma biz arayınlaşama imkan vermədik və layiqli qələbə qazandıq.
- Güclülər dəstəsinə vəsiqəni təmin etsəz də, hələlik çempionluğunuzu rəsmləşdirə bilməmisiz, qarşıdakı oyunlarda da maksimum nəticə qazanmaqla çempion olmağı hədəfləyirsiz yoxsa sırf birinciliyi təmin etməyi düşünürsüz?
- Çempionatda məğlub olmayan və ən az top buraxan komandayıq. Bu uğurumuzu davam etdirmək istəyirik. Mövsümə məğlubiyyətsizliklə çempion olub tarix yazmaq arzusundayıq və buna çox yaxınıq.
- Gələn mövsüm səni “qırmızı-qaralar”ın heyətində görə biləcəyikmi?
- Bu barədə nəsə deyə bilmərəm. Hazırda bütün diqqətimiz irəlidəki son 7 oyuna fokuslamışıq. Təbii ki, komandada qalsam onun uğrunda daha da istəkli döyüşməyə hazıram.
- Necə düşünürsən, elitadakı “Qəbələ”nin hədəfi nə olacaq?
- Avroliqaya oynayan “Qəbələ”ni formalaşdırmaq istəyirik. Komanda köhnə qüdrətini bərpa etməlidir.
ABDULLA İSMAYILOĞLU
Globkom.info