Cənab Tramp - əlində nüvə silahı, ən qabaqcıl hərbi texnologiya olan cahildir. Cəsarətini təkcə ABŞ dövlətinin gücündən deyil, həm də cəhalətindən alır. Bədbəxtçilik ondadır ki, ancaq dindarlar anında öz cəhalətini biruzə verərlər. Tramp kimi "dünyəvi" geyinən cahillərin cəhaləti latent olur. Tramp dünyanı qan gölünə, qlobal müharibəyə aparır. Ya da hər gün yeni gündəm tamaşası yaradaraq özünü daim diqqət mərkəzində olmasını istəyir.

Bir dəfə cənab Zelenski ənənəvi yalançı müsahibəsində demişdi: 

"Elə liderlər var ki, gündəmdə olmaqdan, hər gün özü barədə söz etdirməkdən xoşlanır..."

Adam özünə xas əlaməti başqalarına yozmaq istəmişdir. Onun bütün danışdıqları o cür yalandır, təhrifdir. Bütün dediklərini tərsinə anlamaq, tərsinə şərh etmək lazımdır.

Bir dəfə cənab İlham Əliyev də dedi ki, başqa siyasətçilər fərqli emosiyalarını dövlət işlərindən, dövlət siyasətindən ayrı tutur... Onda elə Zelenski yadıma düşdü.

Bu burjua siyasitçiləri var ha, istər iqtidarda, istərsə də müxalifətdə olsunlar,  hamısı, elliyi saxta və saxtakar adamlardılar..

Cənab Tramp fələstin xalqının üstünə düşüb ki, Qəzzanı tərk etsinlər, oranı İsrail ABŞ-ın nəzarətinə verəcək. Rəsmi Vaşinqton da orada kurort zona yaradacaq. Elə bil Qəzza sionist İsrailin dədəsinin malıdır və  müttəfiqi ABŞ-a hədiyyə etməyi planlaşdırır.

"Əzilmiş xalqların hamisiyəm" deyən Bakı susur. Hə, Bakı ancaq Makronun, Fransanın əzdiyi xalqların hamisidir. Diqqət edin, Azərbaycanın musavatçı müxalifəti də susur, fələstin xalqının qətliamına göz yumur. Elə bil Azərbaycanın bütün sağçıları və liberalları sionistlərin yanında bic basdırıblar. Faşist cənab Netanyahu deyir ki, səudilərin geniş ərazisi var, Fələstin dövlətini orada yaratsınlar. (Trampa da bu "fələstinlilər ərəb ölkələrinə köçürülsün" planını yeridən odur, Trampın cüt kürəkənidir.)  Ona qalsa, ABŞ-ın da çox geniş əraziləri var, "böyük İsraili" orada yaratsınlar. 

"Dünya ictimaiyyətinin" gözü qarşısında sionist İsrail bir xalqın həyatını cəhənnəmə çevirib. Özünü müsəlmanların xəlifəsi görən cənab Rəcəb Tayib Ərdoğan də seçkiqabağı günlərdə atır-kəsir, sonra da alverini davam etdirir.

Qlobal kapitalizm,  alverxana və cəsarətli cahillər bəşəriyyəti layiq olduğu sonluğa israrla aparmaqdadılar.

A.Sultanov

Globkom.info