Yoldaş kommunistlər!

Mən nasional-sosialistəm. Siyasi ideologiyamla da fəxr edirəm. Bir-birimizə zidd dünyagörüşə sahib olsaq da, oxşar baxışlarımız da az deyil. Bu paralellik 71 illik (1920-1991-ci illər) tariximiz, II Respublikamız, həmin dövrdəki liderlər, ictimai, siyasi, ziyallı, zəhmətkeş şəxsiyyətlərimizə qarşı yönəlmiş qərəzli, təhrifli, təhqirli ifadələr yağdırma kompaniyaları əlehinə mübarizə və sosial tənəzzülün vəba kimi hökm sürməsi məsələlərini əhatə edir.

30 ildən çoxdur ki, özlərini “müsavatçı”, “milliyətçi”, “cəbhəçi”, “milli-demokrat”, “liberal-demokrat” adlandıraraq baş qaldıran ünsürlər xalqımızın XX əsrin 3/4  hissəsini əhatə edən yaşam dövrünü insanların yaddaşlarından tamamilə silməyə hər vasitə ilə çalışırlar. Bu arzularına qismən də olsa, nail olublar. Manipulyasiyanın təsirinə düşən əksər insanlar inanmırlar ki, 71 illik tariximizdə özünün bayrağı, gerbi, himni, dili, konstitusiyası olan müstəqil, suveren Azərbaycan Sovet Sosialist Respublikası (SSR) olub. Türk dünyasında və müsəlman coğrafiyasındak ilk sosialist quruluşlu həmin dövlətin mövcudluğu zamanı elm, təhsil, tibb, mədəniyyət, sosial, iqtisadi sahələrdə əldə edilən nəaliyyətlər inkar edilir və ya gizlədilir. Nəriman Nərimanov, Çingiz İldırım, Mir Cəfər Bağırov, Abbasqulu Şadlinski, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Manaf Süleymanov, Cəmşid Əmirov, Əlfi Qasımov, Mirzə İbrahimov, Şıxəli Qurbanov,  Kərim Kərimov, Niyazi, Şəfiqə Axundova, Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə, Əfrasiyab Bədəlbəyli, Adil İsgəndərov, Əjdər İbrahimov, Müslüm Maqomayev, Vaqif Mustafazadə və digər adlarını çəkmədiyim tarixi şəxsiyyətlər aşkarcasına təhqir olunur. Həmçinin yuxarıda qeyd etdiyim sapı özümüzdən olan baltalar  “Biz kölə olmuşuq”, “Vətən-dövlətimiz olmayıb”, “Azərbaycan Moskvaya-ruslara bağlı əyalət olub”, “Həmin dövrdə yaşayanlar bədbəxt olub” və s. bu kimi ifadələrlə təşviqat, təbliğat apararaq insanların beyinlərini yumaqla məşğuldurlar.

Belə bir deyim var: “Keçmişini dananın gələcəyi olmaz!”

71 illik keçmişini, tarixini inkar, təhrif edən xalqın köləlikdən başqa nəsibi yoxdu. Baş verən bu xoşa gəlməyən prosseslərə kommunistlər cəbhəsi avanqard kimi mübarizə aparmalı olsalar da, onlar bir neçə partiyalara, qruplara, cəbhələrə bölünərək, satılaraq kimiləri icra başçıları, deputatlar kimi zərflə dolu “qonorarlarla” altlarını doldurur, kimiləri hələ də Azərbaycanı müstəqil yox, Kremldəki qırmızı xozeynlərinin yaylağı kimi görür, kimiləri də XXI əsrdə yaşamasına baxmayaraq, ötən əsrin 30-cu illərinin gerizəkalı düşüncəsində qalmaqdadı. Olduqca az saylı, şərəfli, altruist, Azərbaycanın inkişafına, xalqın rifahının yüksəldilməsinə çalışan kommunistlər isə keçmişdə olduğu kimi bu gün də fiziki-mənəvi terrora məruz qalmaqdadı...

İstər Marksın, istər Engelsin, istər Leninin, istər Stalinin, istər Trotskinin, istər Maonun əsərlərində, istərsə də SSRİ-də tonlarla, milyonlarla tirajla nəşr olunan kommunizm, sosializm, dialektik-materializmlə bağlı kitablarda ədalətli sosializm quruculuğu, yalnız yeni ideyalar, tərəqqipərvər yanaşmalarla bəşəriyyəti kommunizmə doğru yol alması təbliğ olunurdu. Çox təəssüflər olsun ki, nə SSRİ-in yaradılması, nə gedişatda, nə yenidənqurma, nə də bu gün irəliyə, zirvəyə aparan ideyalara, yanaşmalara yer verənlər oldu. Məhz bunun nəticəsi olaraq qüdrətli bir dövlət süquta yetirildi. Hələ də bir çox “kommunistlər” traktoru inqilabın “mütərəqqi ixtirası”, kolxoz quruculuğunu “iqtisadi möcüzə”, kartoçka sistemini “ədalətli zəhmət haqqı” deyə dilə gətirib ulamaqdadırlar.  XXI əsr informasiya mübadiləsi, satışı, süni intelekt, kosmos-Marsda həyat axtarışları olduğu halda, bizim bir çox döşlərinə oraq-çəkic taxanlar kolxoz yığıncağında qalmaqdadırlar. Bəyənmədiyimiz Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) da artıq XXI əsrə uyğun inkişaf etməkdədi. “BBC”, “CNN” və Qərbin digər manipulyasiya edici yalan məlumatlarla dünya dövlətlərinin gözündən salınmağa çalışılan rəsmi Pxenyanda heç də vəziyyət “təqdim” olunduğu kimi acınacaqlı deyil. Sadəcə olaraq kim ABŞ-ın “musiqi”si ilə oynamırsa o qaralanmalıdır. Manipulyasiyadan dolayı adını belə, düz demədiyimiz Koreya Xalq Demokratik Respublikası balistik raketləri, kütləvi qırğın, nüvə silahlarına arxalanaraq, dünyada at oynadan ABŞ-ı özü ilə hesablaşmağa məcbur edir. Qərb imperializminin, kapitalizminin, multikulturalizminin  köləsi olmamaq üçün çırpınır, suverenliyini, ərazi bütövlülüyünü qoruyur. Bizim kommunist şineli geyinən bir çoxları isə Leninin, Stalinin şəkillərini, sovet suvenirlərini, poçt markalarını, partiyə biletlərini paylaşaraq, MK katiblərinin heykəl-büstləriylə selfilər etmək, ildə bir-iki dəfə də “Dünya proletarları birləşin” deyə səs salamaqla özlərini kommunizm quruculuğunun avanqardı kimi sırıyırlar. Bu gerizəkalılar anlamırlar ki, XXI əsrdəki haqqı-qüruru tapdalanmış, əzilmiş insanları ötən əsrin əvvəllərindəki manipulyasiya edici qışqır-bağır, avazı yaxşı gələn vədlərlə proqressiv proletariat ordusuna çevirmək mümkün deyil. XXI əsrin özünün diqtə etdiyi qanunları, reallıqları, görünən-görünməyən taktikaları, manevrləri var. Bu əsrin ən başlıca qanunu, hətta kapitalı informasiyadır. Kim daha çox informasiyaya sahibdirsə o da kütləni ələ almağa qabil və qadirdir. Bu gün əzilmiş təbəqəyə yalnız onun qulağına xoş gələn sözləri yox, həm də həqiqət payı olan informasiyalar gərəkdir. Çünki indiki insanlar ona xoş gələn nələrəsə görə yox, nəyin uğrunda mücadiləyə atılmağı, nələri itirib, nələri əldə edəcəyini daha çox düşünür. Əgər dünən təbliğatçıların, təşviqatçıların, natiqlərin kimliyinə, cəsarətinə, inandırma bacarığına fikir verirlirdisə, günümüzdə həmin sadalanları sosial şəbəkələrdəki qruplar, səhifələr, xəbər saytları daha effektli şəkildə əvəz edir. Qısası virtual həyat nəinki real həyatı üstələyib, hətta informasiyanı şaxələndirən ən qüdrətli məkana da çevrilib. Hazırda cəmiyyətlərdə, dövlətlərdə dəyişikliklər virtual məkandakı informasiyalar hesabına baş verir.

Xalqımızın əksəriyyətinin, əsas da gənc nəslin kommunistlərə güvənməməsi, nifrət etməsinin səbəbi heç də yalnız ötən əsrin 1988-91-cı illərdəki xoşa gəlməyən hadisələr, Qarabağ müharibəsi deyil. Ayzberqin görünməyən digər tərəfindəki səbəb odur ki, apartunist tör-töküntülər, küçə əxlaqsızları 71 illik yaşanılan sosializm dövrünü, mədəniyyətini, tarixi şəxsiyyətləri aşağılama meyxanasında nəin ki, yalanlalarla qaralayanda, hətta vicdansızcasına təhqirlər yağdıranda belə, özünə kommunist deyənlərin (mütləq çoxluq) ağzına su alıb oturur və ya yuxarıda qeyd etdiyim fəaliyyətlərlə “proqressiv”liklərini göstərirlər. Bu cür mənzərəni görənlər təbii ki, qırmızılara ikrah hissi ilə yanaşacaq, heç vaxt da güvənməyəcək. Əslində Azərbaycan “müxalifətçi”ləri (AXC, Müsavat) ilə “kommunist”lər arasında oxşarlıq var. Biri 30 ildir boş, mənasız “azadlıq”, “istefa” digəri isə “dünya proletarları birləşin” ulayır, əməldə isə kürd toyuq vəziyyətindədirlər. Müxalifətçi və kommunist deyə sinəsinə döyüb hayqıranların keyfiyyət göstəriciləri eynidir – çürükdür. Hər iki cəbhə korroziyaya uğrayaraq, sıradan çıxmış, yalnız siqnal verərək, relslər üzərində donub qalan qatarı xatırladır.

Həqiqət odur ki,  var-yoxundan bixəbərlərin durub Azərbaycan SSR, onun öndə gedən böyük tarixi şəxsiyyətləri olan Nəriman Nərimanov, Mir Cəfər Bağırov və digərlərini təhqir edəndə kommunist-sosialist olmayan qruplar, fərdlər daha çox özünü irəli verib, qarayaxanlara cavablar verərək, onların ağızlarını yumurlar. Məhz kommunist, solçu olmayanlar həmin şəxslər öz keçmişləri, tarixi şəxsiyyətlər haqqında həqiqətləri əks etdirən kitablar yazaraq xalqı agah edirlər.

Başqa ölkələrdə dövlətçilik, Vətəni qorumaq və digər ümumi, taleyüklü məsələlərdə nəin ki, sağçılar ilə solçular, hətta bir-birinə qarşı ən nifrət edən partiyalar, cəbhələr kompromisə gələndə, bizdə həmin şəraitdə hər kəs gözü götürmədiklərinə qarşı daha çox qarayaxmağa, ayağından dartmağa, arxadan vurmağa çalışır. Bu sarıdan kommunistlər öncü olmağı çox gözəl bacarır. Bir milliyətçi, klerikalist, fideist əqidəsində olan şəxs(lər)in dövlətçiliyimizi, mədəniyyətimizi keçmişimizi, o cümlədən Azərbaycan SSR, onun ictimai, siyasi, hərbi xadimlərinin müdafiəsinə qalxaraq, kommunistləri də vahid cəbhədən çıxış etməyə səsləyəndə, qarşı tərəf “Nə olursa olsun biz burjuaziyaçılar, sinfi düşmənlərimizlə bir araya gələsi deyilik” cavabı ilə “üstünlüklərini” nümayiş etdirirlər.

Gəncliyindən ömrünü xalqının maariflənməsinə həsr edən, gündüzlər müəllimlik fəaliyyəti göstərən, gecələr şam işığında cəhalət əlehinə əsərlər yazan, pulsuz qiraətxana açan Nəriman Nərimanov “xələf”lərinin yuxarıda qeyd etdiyim əməllərini görsəydi iki əliylə başına döyərdi ki, heç də cahillik, nadanlıq onun dövründə yox, məhz bu gün – XXI əsrdəki Azərbaycandadır. Nə öz zamanında onunla yan-yana duranlar, nə sonra, nə də hazırda döşlərini oraq-çəkiçlə “bəzəyən”lər ədibin, Şərqin bəlkədə son xilaskarının gerçək mücadiləsini, amalını qanmadılar. Nərimanovun gerçək faciəsi də budur!

Bəşəriyyətin düşməni olan sionist yəhudilər (onlar dünyada  ən böyük kapitallara sahibdir və qeyri-yəhudilər məhv etməyi başlıça amalları hesab edir) bolşevik inqilabını həyata keçirib (Lenin daxil, bolşeviklərin öndə gedənlərinin əksəriyyəti yəhudi, latent sionist və irqçiydilər), rus xalqını qanına qəltan edilməsi, kilsələrin, mədəniyyət ocaqlarının dağıdılması, Rusiyada ilk bolşevik (əslində isə yəhudi) hökumətini, sonra isə SSRİ-ni yaradılması ilə fəxr edirlər.  

Düşmənimiz daşnak, milliyətçi dığalar onların siyasi düşüncəsində olmayan, SSRİ-də (hələ mən dünya üzrə demirəm) yaşayıb, yaradaraq iz qoymuş Stepan Şaumyan, Anastas Mikoyan, Artyom Mikoyan, Levon Mirzoyan, Aleksandr Qarsoyev, Ovanes İsakov, Ovanes (İvan) Baqramyan, Qayk Ovakimyan, Amazasp Babacanyan, Aram Xaçaturyan, Pavel Lisiçiyan, Arno Babacanyan, Avet Terteryan, Mikayel Tariverdiyev, Qrant Matevosyan, Frunze Mkrtçyan, Raçiya Nersesyan, Leonid Engibarov (Engibaryan), Ovanes Adamyan və digər adlarını çəkmədiyim  məşhurlarını tarixi şəxsiyyətləri ilə fəxr edib, təbliğ edən zaman bizim tör-töküntü “cəbhəçilər”, “milli-demokratlar”, “müsavatçılar” yuxarıda adlarını qeyd etdiyim tarixi şəxsiyyətlərimizi təhqir edib, xalqın yaddaşından silməklə məşğuldurlar.

Son zamanlar özünün milliyətçi, vətənpərvər kimi sırıyan bəzi üfunət qoxulu populistlərin,  Nəriman Nərimanova qarşı qarayaxma kompaniyası ilə çıxış edərək, onun heykəlinin götürülməsi, adını daşıyan rayon, metrostansiya, park, küçənin dəyişdirilməsinə çağırış edənlərə cavab verirəm. Nəriman Nərimanovun inqilabi, siyasi fəaliyyətini qoyuram bir kənara, onun yazıçı, ədəbiyatçı, publisist, maarifçi, mütəfəkkir, pedaqoq, həkim, ictimai xadim kimi xidmətləri daha böyükdür, bəhrələri də tarixdə göz önündərir. Xalqın maariflənməsində, aydınlığa çıxmasında doktor Nərimanov sabirlərdən, zərdabilərdən, cəlillərdən, haqverdiyevlərdən heç də az xidmətləri olmayıb və ilklərə imza atıb. Bolşevik Nərimanov olmasaydı xalqımız sivilizasiyadan uzaq, səhralarda, cəngəlliklərdə yaşayan tayfalardan fərqi olmaz, Azərbaycan isə suverenliyini, dövlətçiliyini qoruya bilməyəcək, ya Zaqafqaziyanın (Gürcüstan ilə Ermənistan arasında bölünəcəkdi), ya da Rusiyanın əyaləti kimi ittifaqa daxil olacaqdı. Bu dediklərimə sübut kimi 1920-30-cu illərdə Rusiyanın əyaləti olan Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxstan, Moldovanı misallarına baxmaq kifayətdir. Krım, Dağıstan, Tatarıstan və digər respublikalar isə ləğv edilərək, ya muxtar respublika, ya da əyalətə çevrildilər və bu gün də dəyişməz statuslarında qalmaqdadırlar. Odur ki, azərbaycanlılar türk-müsəlman dünyasında ilk Respublika yaratmaqla kifayətlənməmiş, həm də ilk sosialist quruluşlu cümhuriyyətin  var olmasına nail olublar.  Bu ayrıca bir mövzu olsa da, qeyd etmək yerinə düşər. Türkiyənin dövlət olaraq yaranmasında, Mustafa Kamal paşanın rəhbərliyi ilə aparılan milli-azadlıq müharibədə də Azərbaycan SSR-in və doktor Nərimanovun danılmaz, xüsusi xidmətləri olub.

Haşiyə olaraq bir müqayisə yerinə düşür. Biz xalq olaraq yalnız baltalamaq, silib atmağı sevirik. Amma dərin düşünməkdən məhrumuq. Baxın, bolşevizmə, SSRİ-yə, Leninə, Stalinə nifrət edən qatı erməni milliyətçiləri olan daşnaklar əvvəl Azərbaycanın sonra isə 1936-cı ildə ittifaq daxilində müstəqil dövlət yaradılan (o vaxta kimi RSFSR-in əyaləti idi) Qazaxstanın ilk MK I katibi olan Levon Mirzoyanla fəxr edir,  onu “məşhur ermənilər siyahısına”  daxil etməklə təbliğat aparırlar. Biz isə Əliheydər Qarayevi, Mirzə Davud Hüseynovu ancaq Efiyalt, Yezit “obraz”larında görür və lənətlər yağdırırıq. Bəli, hər iki tarixi şəxsiyyətimiz qara piyarlıqları çox olub, əlləri də xalqımızın qanına qəltan olunmasında, Zəgəzurun və digər ərazilərimizin dığalara peşkəş edilməsində əvəzsiz rolları olub, bunu dana bilmərik. Eynilə onların digər xidmətlərini də görməzlikdən gəlib, tarixdən silib ata da bilmərik. Məsələn, Əliheydər Qarayev kifayət qədər cəhalətə, mövhumata qarşı mübarizə aparmış, yalnız Azərbaycanda yox, eyni zamanda Gilanda Sovet Respublikasının qurulmasında (1920-21-ci illər) və bütün İran Kommunist Partiyası ilə əlaqələrin yaradılmasında, gələcəkdə İranda SSR-i təşkili ilə bağlı planlar cızmış fiqur idi. Mirzə Davud Hüseynov Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının xarici işlər üzrə kommisarı (xarici işlər naziri), 1929-cu ilin 16 oktyabrında bir neçə əyalətlərin birləşməsi nəticəsində yaradılan Tacikistan SSR-in ilk rəhbəri (1930-1933) də olub.  Onu da xüsusi vurğulayım ki, Tacikistanda yalnız 1961-ci ildə etnik tacik Cabar Rəsulov dövlət rəhbəri postuna irəli çəkilib. O vaxta qədər isə respublikanın rəhbərləri M.D.Hüseynovdan başlayaraq, yəhudi, erməni, rus, özbək, metis olanlar idi. Azərbaycanda SSR-də isə 1933-cü ildən başlayaraq öz millətimizdən olan şəxslər ölkənin rəhbəri təyin olunmağa başladı.  Bu gün yaltaqlandığımız ABŞ, İsrail, Türkiyə və Avropa ölkələrində azərbaycanlıların it dəftərində adı olmadığı halda, ötən əsrdə başımızda qara buludların olduğu bir dövrdə artıq azərbaycanlı (türk) olanlar geniş coğrafiyalarda tanınır, sosialist inqilablarının önündə gedirdi. Təbii ki, Ə.Qarayev, M.D.Hüseynov və onlar kimi başqaları Nəriman Nərimanov deyil, heç onun ayağının tozuna da çata bilməzlər. Amma bu o da demək deyil ki, onları ancaq söyüb, lənətlər yağdırmaqla tanıtmalıyıq. Tarixi fiqurlarımızı müsbət-mənfisi ilə önə çəkmək vaxtı gəlib çatmayıbmı?!...

Bu məqamda çox hörmət bəslədiyim ziyallı, maarifçi, kitabçı, yazıçı Xan Rəsuloğlunun fikrini qeyd etmək yerinə düşür:

“Ey milli birlikdən danışanlar, nə qədər sünnü-şiə, ateist-dinçi, etnik ayrıseçkilik,  regionçuluq, türkçü-azərbaycançı, iqtidar-müxalifət, bolşevik-müsavatçı söhbətlərinə enerji verəcəksiniz?!  Bilin ki, bununla əsas məqsəddən uzaqlaşdırılırsınız!

Biz, öz müxtəlifliyimiz və fərqliliyimizlə də güclü olmalıyıq. Həyati əhəmiyyətli mövzulardan, problemlərdən, qanunların şah olmasından, iqtisadiyyatdan, Vətənin bütövlüyündən, bizi birləşdirən mədəniyyətimiz, əxlaqımız, mənəviyyatımızla bağlı məsələlərdən yapışın. Bizim bir vətənimiz var – AZƏRBAYCAN !!!”

Üzümü Nərimanovsevər, onun əsərləri, mübarizə yolu, həyata keçirə bildiyi-bilməyədiyi ideyalarla böyüyən, milli-vətənpərvərlik ruhunda və əxlaqında olan kommunistlərə tuturam:

55 illik ömrünün 30 ildən çoxunu xalqımızın maariflənməsinə, aydınlığa çıxmasına gecə-gündüz xidmət etmiş, ədəbiyatımızda indi də aktuallığını itirməyən mövzularla bağlı sanballı əsərlər yazıb qoymuş, daim Azərbaycanı öndə gedən dövlətlər sırasında olmasına çalışan böyük, dahi Nəriman Nərimanovun şəxsiyyətinə qarşı mənəvi terrora çağırış edənlərlə mübarizədə heç olmasa birləşək. Qoy, keçmişinə, bu gününə, gələcəyinə, tarixi şəxsiyyətlərinə, mədəniyyətinə, Vətəninə bağlı olan hər bir Azərbaycan vətəndaşı görsün ki, kommunistlər də xalqın ümumi dəyərlərinin qorunması mübarizəsinə, taleyüklü məsələlərə biganə deyillər. Bununla insanlar kimlərin gerçək kommunist, kimlərin populist, riyakar tör-töküntülər olduğunu ayırd edəcək. Keçmişimizi unutmamaq, unutdurmamaq naminə Toplaşaq, Birləşək, Bəyan edək ...

 

ABDULLA İSMAYILOĞLU

Gundemxeber.az  17.06.2020-ci il