
SSRİ-nin sosializmi qloballaşdırmağa gücü çatmadı. Nəhəng Qırmızı Respublikalar İttifaqının gücü ancaq onlarla ölkəni, onlarla xalqı kolonializm zülmündən, aclıqdan xilas etməyə çatdı. Sovetlər öz boğazından kəsib, başqalarını yedirtdi.
Qərb isə öz burjua-demokratik sistemini qloballaşdırmaq bəhasənilə qeyri-Qərbin (əsasən 3-cü dünya ölkələrinin) boğazından kəsib özünə yedizdirdi və yedizdirməkdədir...
Müsəlman coğrafiyasında nə sol-sosializm, nə də modern sağ-liberal burjua-demokratiya oturuşa bilmədi.
Zavallı müsəlman öz burjua elitası ilə baş-başa qaldı. Müsəlman burjua elitada ibtidai acgözlük, orta əsr qəddarlığı, feodalizm zorakılığından əl çəkmədi. Məhz bunun da nəticəsində müsəlman ölkələrində mövcud olmuş və hazırda var olan iqtidarlarının əhaliyə qarşı laqeydliyi, istismarı pik həddə olması davam edir. Müsəlman burjua elitaları öz xalqına etdikləri pislikləri kapitalizmin tamaşa cəmiyyətilə örtbas edərlər, unutdurarlar. İşləri rahat getsin deyə də xalqlarını cahil və qorxaq edərlər.
Hələ Türkmənistana baxın! Dünyanın ən multfilm respublikasıdır. Adını çəkən, hallandıran, məsəl başı edən yoxdur. Varsa da, yoxsa da - KXDR. Niyə? Çünki Türkmənistanda kapitalizm var, kapitalizmi gözdən salmaq olmaz.
Elə beş gün əvvəl Türkiyədə baş verən yanğın və 80 nəfərin həyatını itirməsinin də, yuxarıda qeyd etdiyim nüanslara aiddir. Türkiyədə 80 yox, 800 insan da yanıb ölsə, Türkiyə iqtidarı bunu faciə çevirməyəcək. Allahın haqq dünyasına qovuşmaqdan, dinin məst edici şüarlardan, qədər-qismətdən car çəkməklə insanları manipulyasiya edəcəklər. Qərb və Avropa isə ənənəvi maraqlarından dolayı bu məsələni çox da gündəm etməyəcək. Amma Kubada təbiət hadisəsi zamanı yanğın baş versə və 8 nəfər həyatını itirsə, Venesuellada daşqın nəticəsində 5 sakin ölsə, bunu dərhal Kubadakı sosializmə və Maduro iqtidarına bağlamaqla BBC, CNN, FOX kimi telekanalların ekranlarında və dünyanın məşhur KİV-in manşetlərindən düşməyəcəkdi...
P.S Karikatura müsəlman coğrafiyasındakı burjua avtoritarizmi ilə səfil proletariatın vəziyyətini əks etdirən minlərlə nümunələrdən biridir.
A.Sultanov
Globkom.info