Sən demə, Nyu-York şəhərində hər il keçirilən LGBTQ-marşının (Praydın) “platin” sponsoru maliyyə xidmətləri qiqantı Mastercard imiş. Biz də Mastercard-dan istifadə edir və dolayı yolla dünyanın müxtəlif şəhərlərində keçirilən bu iyrənc Praydları maliyyələşdirirmişik.

Mastercard 2025-ci il Nyu-York Praydını maliyyələşdirməkdən imtina edib. Yəqin ki, Trampın qəzəbinə gəlməkdən qorxub.

Bu il Nyu-York Praydını maliyyələşdirməyi dayandıran digər iri şirkətləri də tanıyaq:

🔹 PepsiCo – qazlı içkilər və fast-fud istehsalçısı şirkəti,

🔹 PricewaterhouseCoopers – konsaltinq şirkəti,

🔹 Citi – ən böyük banklardan biri,

🔹 Nissan – avtomobil şirkəti.

ABŞ-da aparılan sosioloji sorğulara görə şirkət rəhbərlərinin 39%-i bu il Praydı tanımayacaq, onun tədbirlərini maliyyələşdirməyəcək. Səbəb: federal hökumət tərəfindən mümkün yoxlamalardan ehtiyat edirlər, həmçinin konservativ fəalların və istehlakçıların mümkün neqativ reaksiyalarından çəkinirlər.

Buna baxmayaraq, yəqin ki, Nyu-York Praydı bu il də keçiriləcək. Onu maliyyələşdirmək üçün qlobalistlər vəsait tapacaqlar. Bu da acından ölən ölkələrə yardım deyil ki, tapılmasın. Hələ bu prayda utanmaz-utanmaz “Ləyaqət həftəsi/ayı” da deyirlər. Ötən il Bayden onları hətta Ağ Evə dəvət etmişdi, Ağ Evin üstündə onların əskisini qaldırmışdılar.

Avropa Trampın acığına “Ləyaqət ayı”nı daha da təm-təraqla keçirəcək. Bütün antitrampçı ölkələrin səfirlikləri rəngli əski ilə bəzənəcək. ABŞ səfirliklərində isə bu il, nəhayət, lgbt+ bayrağı qaldırılmayacaq.

Asif Şəfəqqətov