
"Şamaxı" çempionatın II yarısında doğma divarlar arasında keçirdiyi ilk oyununda da məğlub oldu. Bölgə təmsilçisi "Zirə"dən xal qopara bilmədi. Komandanın ardıcıl iki məğlubiyyətindən sonra "şirlər"in gənc futbolçusu Murad Vəliyev Globkom.info - ya danışıb:
"İki oyundu yaxşı mübarizə aparsaq da, məğlub oluruq. Təbii ki, hamımız istəyərdik ki, Premyer Liqanın ikinci yarısına yaxşı nəticə ilə başlayaq. Hazırda komandamızda çox yaxşı əhval-ruhiyyə var. Son iki oyundakı nəticəni kənara qoysaq, meydan xarakter göstərir, son dəqiqəyə kimi döyüşürük. Ötən oyunda səfər "Qarabağ" kimi güclü rəqibə qarşı necə diş göstərdiyimizi hamı gördü. Həmin matçda səhvimizdən avtoqol ilə 1 xalımızdan olduq. Buna səhv ilə yanaşı bəxtsizlik də deyərdim. Evdə "Zirə"yə qarşı oyunda isə meydanda dominantlıq edən tərəf biz idik, sadəcə müdafiədə iki dəfə boşluq verdik və rəqib bundan maksimum faydalandı. İki oyuna üç qol vursaq da, xal qazana bilmirik. Amma hər oyuna final matçı kimi çıxırıq, inanıram ki, qarşıdakı turlarda maksimum əzmkar sərgiləməklə sərfəli nəticələr qazanacağıq".
Futboçu hazırkı performanı haqqında da danışıb:
"Şamaxı"da hələ təzəyəm. Buna rəğmən məşqlərdə üzərimdə maksimum çalışıram. Məqsədim optimalformaya düşmək və komandama maksimum fayda verməkdir".
ABDULLA İSMAYILOĞLU
Globkom.info