Azərbaycan Premyer Liqasının XXXII turunda bürünc medallar uğrunda çarpışan “Araz-Naxçıvan” səfərdə “Səbail”in müqavimətinə rast gəldi və vacib iki xal itirdi. Muxtar Respublika təmsilçisinin moldovalı qapıçısı Kristian Avram həm matç, həm komandasının psixoloji durumu ilə bağlı Globkom.info – a müsahibə verdi.

- Son turda “Səbail” ilə matçda büdrədiz, qələbə üçün nə çatmadı?

- Çətin, arzuolunmaz rəqib və yaxşı vəziyyyətdə olmayan meydanda oynadıq. Biz professional olaraq 90 dəqiqə ərzində oyunumuzu sərgiləyib, qələbə qazanmaq istəyirdik, amma alınmadı.

- Buraxdığın qolu dəf etmək olardımı?

- Təbii ki, daha çox cəhd etmək olardı. Amma səmimi deyim ki, çox çətin epizod idi. Topun qəribə trayektoriya cızdı və son iki metrə qədər topu görə bilmədim. Belə toplar nadir hallarda qola çevrilir.

- Kubokun cavab matçında “Qarabağ” 3:0 hesablı məğlubiyyətdən sonra komandada psixoloji tənəzzül varmı?

- Xeyr, psixoloji planda düşüklük yaşamırıq. Kukok turniri ayrı, Premyer Liqa ayrı yarışmadır. Onları bir-birinə qarışdırmırıq. Odur ki, mükafatçılar sırasında yer almaq üçün sona qədər döyüşəcəyik.

- “Qarabağ” artıq çempionluğunu təmin etdi, səncə kubokun finalında Ağdam təmsilçisi yoxsa “Sabah” sevinən tərəf olacaq?

- Yaxşı futbol olacağına inanıram və matça zövq almaq üçün baxacam.

ABDULLA İSMAYILOĞLU

Globkom.info