"Araz-Naxçıvan" çempionatın II yarısına məğlubiyyətlə bağladı. Naxçıvanlılar səfərdə "Zirə"yə 1:0 hesabıyla yenildi. Muxtar Respublika təmsilçisinin futbolçusu Miço Kuzmanoviç məğlubiyyətlə bağlı Globkom.info - ya danışdı: 

"Qış fasiləsindən sonra ilk oyunumuz idi. Uğurlu nəticəyə nail olmaq istəyirdik, amma alınmadı. "Zirə" ev sahibi olaraq aqressiv idi. Bu da nomral hal idi. Təəssüflər olsun ki, bu gün istəyimizə nail olmadıq. Amma pessimizmə qapılmırıq. Qarşıda çox oyunlarımız var. Toparlanıb uğurlu nəticələr qazanmalıyıq". 

 

ABDULLA İSMAYILOĞLU 

GLOBKOM.İNFO