
Dünən Azərbaycan seçməsi “Bank Respublika Arena”da Belarus millisini qəbul etdi. Görüş qonaqların 2:0 hesablı qələbəsiylə başa çatdı. Qarşılaşmadan sonra yığmamızın üzvü Mərt Çəlik Globkom.info – a müsahibə verdi.
- Oyundan ən azı bir xal qazanmaq üçün nə çatmadı?
- Meydana maksimum qələbə, ən pis halda isə heç-heçəyə nail olmaq üçün çıxmışdıq. Oyuna da pis qoşulmadıq. Təəssüflər olsun ki, gözlənilməz qollar yedik və matçda dəyişiklik edə bilmədik və məğlub olduq. Xalqımızdan üzr istəyirəm.
- Öz çıxışını necə dəyərləndirərdin?
- Təbii ki, daha yaxşı oynamaq istəyirəm. Amma bu gün mən çıxışımdan çox komandamızın oyunudur. Gələcək üçün danışsaq, millinin formasını uzun illər qorumaq və onunla daha yaxşı nəticələr qazanmaq istəyirəm.
- Hazırda həm “Səbail”də, həm də yığmada uğursuz yaşayırsan, hər iki cəbhədəki tənəzzülü necə xarakterizə edərdin?
- Bu bir talehsizlikdir. Amma həm klubumda, həm də yığmada xoşagəlməz gedişatı tərsinə çevirməyə çalışacağıq.
- Yığmada iki yoldaşlıq matçında ardıcıl məğlubiyyət əldə etdiz, rəqib qapıçılarını məyus edə bilməyib, öz qapınızda 5 qol gördüz. Bu qarşıdakı seçmə mərhələ üçün psixoloji tənəzzülə gətirib çıxarmayacaq?
- Biz hər matçda çatışmazlıqlarımızı tamamlamaq üçün çıxırıb. Son iki qarşılaşmalarda da nöqsanlarımızı aradan qaldıraraq seçmə mərhələyə hazırlaşacağıq.
ABDULLA İSMAYILOĞLU
Globkom.info