Azərbacan Premyer Liqasının XXVIII turunun açılış oyunu “Turan Tovuz” – “Qarabağ” ilə baş tutdu. 5 qolun qeydə alındığı matçda Ağdam təmsilçisi  rəqibini 4:1 hesabıyla məğlub etdi. Tovuzluların futbolçusu Mehman Hacıyev həm qarşılaşlaşma, həm də Futbol Akademiyalarının açılışı ilə bağlı Globkom.info – a danışdı.

- Nəhayət ki, “Turan Tovuz”un Futbol Akademiyasının açılışı oldu. Bu komandanın yetirməsi və uzun illərdir şərəfini qoruyan oyunçu kimi fikirlərin maraqlıdır...

- Futbol Akademiyamızın açılışı həm komandamız, həm də tovuzlu fanatlar üçün baram günü oldu. Bu yenilik sayəsində gələcəkdə perspektivli gənc oyunçular yetişəcək. Hesab edirəm ki, Futbol Akademiyamızın yaranışı Tovuz futbolu üçün böyük uğurların başlanğıcı olacaq. Odur ki, Futbol Akademiyamız hamımız üçün qorunması vacib miras oldu.

- Akademiyanızın açılışı ilə bayram olsa da, həmin gün meydanda “Qarabağ”a böyük hesabla məğlub olduz. Uğurlu nəticə qazanmaq üçün nə çatmadı?

- Əslində oyuna pis başlamamışdıq. Məqsədimiz erkən qol buraxmamaq idi. Təəssüf ki, bu istəimiz baş tutmadı. “Qarabağ” Avropada özündən söz etdirən klubdur, belə komanda rəqibin verdiyi boşluqlardan, buraxdığı səhvlərdən maksimum istifadə edir. Görünən odur ki, ağdamlılar çatışmazlıqlarımızdan yetərincə istifadə etdilər. Məğlub olsaq da, pis döyüşmədik.

- Bu mövsüm “atlılar”ı iki oyunda məğlub edib, birində heç-heçəyə nail olmuşduz. Səncə, onlar sizdən qisas almaq motivasiyasıylamı meydana çıxmamışdılar?

- Hər bir komanda uduzduğu rəqibə təkrar məğlub olmaq istəmir. Düşünürəm ki, onların ən böyük motivasiyası bizimlə mövsümdəki oyunların hamısında uğursuz nəticənin qeydə alınmasını istəməmələriydi. Ona görə də onlar bizi məğlub etməyə çox istəkliydilər.

- Çempionatın bitməsinə iki ay qalıb, növbəti mövsümdə səni “Turan Tovuz”da görəcəikmi yoxsa icarədə oynamaq istəyirsənmi?

- Bu barədə hələlik nəsə deyə bilmərəm. Amma yaxşı təklif olsa, dəyərləndirərəm. Ötən mövsüm “İmişli”də keçirdim. Hazırda da onların oyunlarını izləyirəm. İmişli təmsilçisinin elitaya yüksəlməsini çox istəyirəm.

ABDULLA İSMAYILOĞLU

Globkom.info