“Qarabağ” Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində doğma meydanda “Səbail”i məğlub etdi. Həmin qarşılaşmayla bağlı “atlılar”ın qapıçısı Mateuş Koxalski Globkom.info – a danışdı.

“Bizim üçün çətin matç oldu. “Səbail” bu görüşdə yaxşı xarakter göstərdi. Düşünürəm kubokun cavab oyunu bizim üçün heç də asan olmadı, buna rəğmən vacib qələbə qazanmaqla yarımfinala yüksəldir. “Dənizçilər” üzərində zəfər qarşıdakı matçlarımız üçün yaxşı motivasiya olacaq”.

Polşalı qolkiper qarşıdakı “Sumqayıt”la oyunla bağlı da söz açdı:

“XXVI turda “Sumqayıt”la oynayacağıq. Onlar xeyli vaxtdı qələbə və xal üzünə həsrət olduqlarından bizi çətin sınaq gözləyir. Meydan sahibləri bizdən xal almaq üçün maksimum çalışacaq. Əslində sonuncu tura qədər ki, matçlarımızın hər biri bizim üçün çox ağır keçəcək”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info