Azərbaycan Premyer Liqasının XXVI turuna “Araz-Naxçıvan” – “Qarabağ” oyunuyla start verildi. Üç qolun qeydə alındığı 90 dəqiqədə sevinən tərəf ağdamlılar oldu. Qarşılaşmadan sonra qonaqların futbolçusu Leandro Andrade Globkom.info – a danışdı.

“Bizim üçün vacib oyun idi. Məqsədimiz 3 xal götürmək idi.

“Araz-Naxçıvan” yaxşı komanda olduğundan işimizin çətin olacağını bilirdik. Əla oyun sərgilədiyimizi deməzdim, amma bizə lazım olan qələbəni qazandıq. Bu gün komandamın qələbə qolunu vurdum. Hər qol vurmağım mənim üçün xoşbəxtlik olsa da, ən böyük xoşbəxtliyi qolumla “Qarabağ”a qələbə qazandıranda yaşayıram”

ABDULLA İSMAYILOĞLU

Globkom.info