I Liqanın XXVI turunda “Karvan” doğma divarlar arasında autsader “Qaradağ Lökbatan”a oyunda 2:2 hesablı heç-heçəyə nail oldu. Yevlaxlıların baş məşqçisi Kənan Kərimov matçla bağlı Globkom.info – a danışdı.

“Bizim üçün ağır qarşılaşma olacağını bilirdik. Həm Lökbatam təmsilçisinə, həm də bizə 3 xal vacib lazım idi. Onlar çempionatda qalmaq, biz isə 2-ci pilləyə qaıtmaq üçün meydanda döyüşdük. İlk 45 dəqiqə bizim üçün uğursuz alındı, rəqib güclü təzyiq göstərdi və qapımızda iki qol gördük. Buna rəğmən fasilədən sonra toparlandıq geridönüş etməyə çalışsaq da, ancaq məğlubiyyətdən xilas ola bildik. Məqsədimiz zəfərlə meydanı tərk etmək idi. Hər iki tərəf heç-heçəyə nail olsa da, iki xal itirən biz olduq. Ümidimizi itirmirik, sonuncu turda “Mingəçevir”i məğlub etməyi və “İmişli”nin xal itirməsəini gözləyəcəyik”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info