I Liqada çempionluğa iddialı “Karvan” XV turda vacib xal itirdi. Yevlaxlılar “Cəbrayıl”ın ciddi müqavimətini qıra bilməyərək meydandan 1 xal ilə ayrıldılar. Yevlax təmsilçisinin qanalı futbolçusu Ezekiel Morqan Globkom.info – a reaksiya bildirdi.

“Ötən turda “Cəbrayıl” ilə çox çətin oyun keçirdik. Konsentrasiyanı qoruya bilmədik, nəticədə son dəqiqələrdə qol buraxaraq qələbəmizdən olduq. Əlbəttə ki, çempionatın II yarısını heç də stabil keçirmirik. Vacib xallar itirmişik. Arxada qalan 4 oyundan cəmi 5 xal qazanmışıq. Bu göstərici bizə yaraşmır. Odur ki, toparlanmalı, səhvlərimizi diqqətlə analiz etməli və qarşıdakı turlarda maksimum nəticə qazanmağa və çempionluq hədəfimiz üçün çarpışacağıq”

ABDULLA İSMAYILOĞLU

Globkom.info