
I Liqanın XX turunda “Karvan” səfərdə “Difai Ağsu” üzərində 5:3 hesablı qələbəyə sevindi. Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov matçla bağlı Globkom.info – a açıqlama verdi.
“Hakimin start fitindən oyuna nəzarət etməyə başladıq və erkən qol vurduq. Buna baxmayaraq arxayınçılığa yol vermədən dominant futbol sərgiləməyə davam etdik. Futbolçular 90 dəqiqədə maksimim əzmkarlıq, döyüşkənlik sərgilədilər. Layiqli qələbə qazandıq”.
Futbol mütəxəssisi futbolmularının hazırkı performansından da söz açdı.
“Yetirmələrim oyundan-oyuna artırırlar. Amma hələ gözlədiyim pikk səviyyədə deyillər. Hazırda ikinci pillədə olsaq da, hələ heç nə bitməyib, bizi qarşıda son dərəcə ağır 7 tur gözləyir. Odur ki, futbolçularım üzərlərində daha çox işləməli və ən yaxşı performansa sahib olmalıdırlar ki, qarşımıza qoyduğumuz hədəfə çata bilək”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info